“Bir bənd şeir” müsabiqəsi keçiriləcək

103 Baxış

bir bend seirAzərbaycan Yazıçılar Birliyinin (AYB) ədəbi orqanı olan “Ulduz” jurnalının redaksiya heyəti “Bir bənd şeir” müsabiqəsi keçirəcək.

Edebiyyat.biz AYB-yə istinadla xəbər verir ki, müsabiqədə yeni yazılmış və yalnız bir bənddən ibarət (heca) şeir müəllifləri iştirak edə bilər.

Dekabrın 24-dən martın 1–dək keçiriləcək müsabiqədə hər müəllifin yalnız bir şeirlə iştirakı mümkündür.

Qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim ediləcək. Müəlliflərin şeir və fotolarınıbirbend@box.az ünvanına göndərməsi vacibdir.

Nəticələr beynəlxalq poeziya bayramı ərəfəsində açıqlanacaq.