“Bir cənub şəhərində” filmi yenilənmiş versiyada nümayiş olunacaq

5 Baxış

hg

 

C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1969-cu ildə istehsal etdiyi “Bir cənub şəhərində” bədii filmi rəqəmsal formatda bərpa olunub.

AZƏRTAC xəbər verir ki, filmin bərpası “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən həyata keçirilib.

Yanvarın 27-də “Nizami” Kino Mərkəzində sözügedən ekran əsərinin yenilənmiş versiyası nümayiş olunacaq.

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Eldar Quliyevin quruluş verdiyi filmdə əsas rollarda Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Süsən Məcidova, Almaz Əsgərova və başqaları çəkiliblər.

Xatırladaq ki, “Balans” studiyası bundan öncə Tofiq Tağızadənin 1960-cı ildə çəkdiyi “Mateo Falkone”, Həsən Seyidbəylinin 1973-cü ildə quruluş verdiyi “Nəsimi” filmlərini rəqəmsal formatda bərpa edib.

Bölmə : Kino, Retro, Sənət