Bir esse, bir şeir, bir foto…

182 Baxış

Picture1Rafael Rzayev

Bir esse…

 Fotqraf Dadaş Adnanın ardından…

    Həyata dair düşüncələr, anlayışlar və bağlılıqlar fərqlidir bu şəhərdə. Hansı ki, sıxıcı, ürəkbulandırıcı cəmiyyətin içində rəngli zövqləri, fikirləri və baxış bucağı olan dostlar çox azdı. Azlıqlar içində çoxluqlar yaratmağa hazır idik səninlə. Dəyişəcəkdik cəmiyyətin palçıq qoxan düçüncələrini, dəyişəcəkdik musiqi zövqlərini, dəyişəcəkdik gördüklərini və görmək istədiklərini, dəyişəcəkdik baxdıqları filmləri və fotoları….

Sən uzaqda idin, mənsə o uzağın həmən yaxınlığında bir yerdə. Paylaşmağa hazırdıq her şeyimizi insanlarla. Onların yaşadıqlarını, onların hiss etdiklərini, onların əməyini onlarla paylaşmağa hazır idik. Çəkməyə hazırdıq bütün saxta baxışlara rəğmən, çəkməyə hazırdıq bütün saxtalıqlar içində. Sevməyə hazırdıq nifrət qoxan münasibətlər içində və sən çox sevdin, sən çox bağlandın, sən çox aşıq oldun onlara, çünki, onlar səni bağlamışdı bu həyata. Sən heç birşey gözləmədən yaşayaraq savaşdın bu həyatda. Sənin xeyirlərin güdülmədi maddi dəyərlər arxasında. Sən ancaq və ancaq xeyirin paylaşmaq olduğunu bilirdin. Sənə edilən hər haqsızlıq səni daha çox güclü edirdi. Mən səni tək qoymaq istəmirdim bu nankör insancıqların arasında. Ama sən özün tək getdin mənim buraxmamağıma rağmən. Səni çiyinlər rahat daşıdı bu həyatdan çünki o çiyinlərdə sənin ağırlığın yox idi. Sənin mərhəmətin yetdi o çiyinlərə səni daşımaları üçün. Torpağın soyuq idi və üşüməyəsən deyə çoxlu daşlarla örtdülər, yetmədi mərmər döşədilər ancaq, bilmədilər sənin istiliyin ürəyində idi…Hələlik Dostum…Salamat get və salam söylə ordakı sevdiklərimizə…

 

***

 

Picture3

Bir şeir…

Çiynimdəki ağırlıq

bağırtılar arasında sükuta qərq olmaq,

doğrular arasında yaşlanmaqdır.

Bəlkə qorxuların səni güçsüzlüyə aparar

daxilin səni hırpalayar durmadan.

Savaş açarsan beyninə

təzyiqlərə məruz qalmadan uzaqlaşarsan.

Xəzan olmuş düşüncələrinin

süpürülməsi lazım gəldiyində

külək öz işini görəcək.

Barakalar yaradırıq içimizdə

gizli qalmış keçmişimizin

yaşamağa məcbur olduğu barakalar.

Qarşısında quduz çoban itləri

hürüyüb dururlar

Heçkim o barakalara yaxın dura bilməz!!!

Bəzən gələcək üçün qurduğumuz xəyali keçmişimiz

bizi içimizdəkilərlə müalicə edir

Bağlanmaq qədər aciz olan insan

itirmək qorxusuna yenik düşür .

Çiyinlərdəki ağırlıq

qalmaqal bir həyatın zəlzələsidir…

 

 

Bir foto…

Uşaqlıq…

Picture4

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10