“Bir gəncin manifesti” romanı Türkiyədə nəşr edildi

21 Baxış

photo_551

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildə başlanılmış “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Bu günlərdə layihə üzrə görkəmli yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanının nəşri başa çatdırılıb.

Nazirlikdən bildirilib ki, Azərbaycan əsilli, şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi roman “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunub.

Bu günə qədər layihə əsasında Yusif Vəzir Çəmənzəminlinin “Qan içində. İki od arasında”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” və Yusif Səmədoğlunun “Qətl günü” əsərləri Türkiyəli kitabsevərlərə təqdim olunub.

KÖŞƏ YAZARLARI
TOP 10