Bir il xəyallarda və bütöv bir ömür

12 Baxış

ceyhun hacibeyli

Ceyhun Hacıbəyli. Bir il xəyallarda və bütöv bir ömür. (“XAN” xatirə ədəbiyyatı silsiləsindən)

Kitab “XAN” nəşriyyatında çap olunmuşdur.

Yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin “Bir il xəyallarda və bütöv bir ömür” adlı kitabı Azərbaycan mühacirət ədəbiyyatının qiymətli nümunəsidir. Bu kitab görkəmli ziyalının ömrünün son illərində qələmə aldığı, həyatının xəyallar-qarabasmalar və yuxu arasında, arzular və gerçəklik içərisində çabalayaraq yaşadığı xatirələrdən  və yuxulardan ibarətdir. Yuxu həm də seçilmiş bədii üsuldur. Xatirələrdə bir çox həqiqətlər sətiraltı, bir çox faktlar isə yuxu örtüyü ilə təqdim edilsə də, onlardan belə Ceyhun Hacıbəylinin şəxsiyyəti, yaşadığı həyat, duyğuları, həsrəti və narahatçılığı haqqında aydın təsəvvür əldə etmək mümkündür.

Bölmə : Əlfəcin