Bir orkestrin işini görən “musiqi maşını”- Video

23 Baxış

Martin moli musiqiİsveçli musiqiçi Martin Molin 2 min mərmər və 3 min taxta parçasından musiqi aləti hazırlayıb. Təqribən 2 il bu musiqi alətinin hazırlanmasına sərf edilib. Alətin içində bas gitara və zərb alətləri də yerləşdirilib.

Molin 14 ay üzərində çalışdığı “musiqi maşını”nın yalnız bir burğusunu fırlatmaqla yüzlərlə hissə hərəkətə gəlir, gitara və nağaranın tellərinə toxunur və gözəl musiqi sədaları eşidilir. Maşın sanki bir orkestrin işini görür.

Molin “musiqi maşını”nın 2016-cı ilin yazında tam olaraq istədiyi kimi çalışdırmağa başlayacağını düşündüyünü bildirib.

İsveçli musiqiçinin “musiqi maşını” Youtuba yüklənməsindən sonra 5 gün ərzində 7 milyondan çox izlənilib.