Bir qadını olmalı kişinin…

138 Baxış

ayselAysel Abdullazadə

 

 

Köhnəlmiş xatirələr…

Sən gedəli dolaşıram yenə
adı bilinməyən küçələrdə…
Hasarlarına kölgən düşür,
asfaltında ayaq izlərin var
dar döngələrdə…

Günəş də eyni cür doğur
Yağış da həminki kimi yağır,
arabir, göy də eyni səslə guruldayır…

Rüzgar yenə həzin-həzin titrədir bədənimi
təbiətin övladlarından fəqrli sevdiyim – Külək!
qoxunu gətirir arada burnuma…

Binalar arasında sıxışıb qalmış boş mənzilin
uğrayıram hərdən,
hər köşəsində köhnəlik olan otağına
köhnə masanın üstündəki cırılmış vərəqlər
rəngi getmiş divarındakı köhnə rəsimlər
sənin keçmişinə qaytarır məni…

Evdən çıxmadan son yandırdığın siqaretin kökü
qalır hələ də,
köhnə saralmış külqabında.
Dağınıq yatağın və baş ucundakı bir stəkan su
səni andırır saralmış şəffaflığında…

Eyvanında yuva qurmuş sülh quşları
hər il bala çıxarır yumartalarından
qanad çalıb uçmağı ilk bu evdə öyənir
uçuq eyvanın qaralmış dəmir barmaqlıqlarından…

Hər həftə baş çəkirəm beləcə,
Səni məndə yaşadan xatirələrinə…

 

 

 

Yalnızlıq

Yalnızlıq – divarda bir qadın kölgəsidir indi
hər küncə pusqu qurmuş hüzün
içinin burxulmuşluğunu anladan dahi bir hiss…

Təklik – ruha üfürülmüş qəlibdir indi
içində sıxışıb qalmış dar bir qəfəs
və çırpınışını izləyən şeytan misalı…

Ağlının ən gözəl hissəsində ayrılmış yerdir – tənhalıq
soruşmağa qorxduğun sual
eşidəcəyin vahiməli cavabın ehtimalı qədər yaxın.

Və bir ömürdür yalnızlıq
sürdüyün həyat,
küçə lampalarının sönməsidir – yalnızlıq…
yaşamağa çalışdığın zamandır yalnzlıq…

 

 

 

Bir qadını olmalı kişinin…

Bir qadını olmalı kişinin
səhərlər səsinə ayılıb, öpüşünə oyanmalı
pərdəni sıyırıb günəşin şəfəqini gözünə salmalı
kişisindən öncə qalxıb çayın ətrini odaya doldurmalı…

Bir qadını olmalı kişinin
təravətli geyimlərlə əynini quşadan
boynuna qalstuk bağlayan
bəyaz köynəyinin qol siyah qol düymələrini ayarlayan…

Bir qadını olmalı kişinin
axşamları əsrarəngiz yemək masası quran
tünd çay süfrəsində mizahi anlatımlarla gününü soran
yorğunluğunu alıb kənara atan…

Bir qadını olmalı kişinin
gecə filmini başını sinəsi üstünə yaslayıb izləməli
təninin ətrindən bihuş olub dincliyini gidərməli
rahatlığı onda taparaq ruhunu təslim etməli…

Bir qadını olmalı kişinin
gecəsini gündüzündən fəqrləndirən
rəngarəng baxışlarla hisslərini dilləndirən
eşq dilində danışıb, vücuduna qovuşmağa tələsən…

Bir qadını olmalı kişinin
dostu, sirdaşı, sevilisi, həyat yoldaşı
bütün marağı, günü, saatı, birlikdəlik axtarışı
onunla birlikdə var oluşu…

Bir qadını olmalı kişinin
birlikdə matç izləməli
eyni formanı geyib, qol sevinci paylaşmalı
çığlıqlarla alt qonşuları rahatsız etməli…

Bir qadını olmalı kişinin
qoluna girib yürüyərkən qürur duymalı
qadınının gözəlliyindən qısqanclıq deyil, fəxr yaşamalı
yenidən o qadına hər gün aşiq olmalı…

 

 

 

 

 

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10