Bir sənət əsərini anlamaq üçün ona nə qədər baxmalıyıq?

19 Baxış

picasso-moma

Bu cavabı o qədər də mürəkkəb olmayan bir sualdır. Elm adamları bir sənət əsərini başa düşməyimiz üçün lazım olan müddəti 4 dəqiqə 8 saniyə olaraq hesablayıblar…

Bu əlbəttə bir zarafatdır. Bu sualın cavabı insandan-insana dəyişir. Belə desək, subyektiv əsaslara görə fərqlənir. Bir sənət əsərini anlamaq üçün keçirməli olduğumuz vaxt qəti deyil. Bu rəsmə baxan şəxsin nə dərəcədə mütəxəsis olmasından asılıdır. Ancaq bunu söyləmək yerində olacaq ki, ümumi mənada, sənət əsərlərinə kifayət qədər uzun müddət baxmırıq. Bu məsələdə konkret ədədlər biraz dəyişkənlik göstərə bilər, amma tədqiqatlar göstərir ki, muzeydə və ya sərgidə bir şəxs əsər qarşısında ortalama olaraq 15-30 saniyə arasında vaxt keçirir. Bu əsərin vizual olaraq ifadə etməyə çalışdığı mənanı ümumi anlamaq üçün kifayət edən bir müddətdir ( abstract əsərlər üçün isə kifayət deyil). Ancaq əsəri bir bütün olaraq mənimsəmək üçün bu vaxt kifayət deyil

1361410413458_1361410413458_r
“Venice from the Porch of Madonna della Salute” – Joseph Mallord William Turner

Pensilvaniya üniversiteti, Positive Psychology Center`də təhsil müdiri  James O. Pawelski muzeylərdə insanların gəzməsi ilə kitabxanada kitab rəfləri arasında gəzməyi müqayisə edərək Nyu-York Times`dakı yazısında belə deyir: “Siz kitabxanada kitabların künclərinə baxıb çıxışda “100 kitab oxudum deyə bilməzsiniz” Bu məsələnin məğzi burdadır ki, kimsə muzeydə saatlarını sənət əsərlərinə baxaraq keçirə bilərsiniz və oradakı əsərlərdən heçnə görməyib ayrıla bilərsiniz.”

Pawelski dərs verdiyi zamanlarda, şagirdləri Philadelphia’nın Barnes Dərnəyinə aparır və onlardan tək bir əsərin qarşısında 20 dəqiqə keçirmələrini istəyərmiş. Bu diqqətli araşdırmanın nəticəsində Pawelski, adamın sənətdən aldığı zövqün artmasına səbəb olduğuna inanırmış. Bundan əlavə, meditasiya ilə də incəsənətdən zövq alına biləcəyini iddia edirdi.

Başqa bir şey eləmək yerinə 20 dəqiqə kimi (20 dəqiqə Seinfeld`in (1989-1998-ci illərdə yayımlanan teleserial) bir bölümü qədərdi ) uzun bir müddət bir sənət əsəri üzərinə işləmək, içindəki sirri anlaya bilmək üçün çox  əhəmiyyətli bir zaman dilimidir.

Bu tərz vəzifələri, tapşırıqlara bələd olan sənət tarixi şagirdləri, bir əsərin insanı nə qədər məşğul edə biləcəyini bilirlər. Ancaq, bu, ümumi bilinən bir gerçək olaraq başa düşülməməlidir. İnsanlara muzeydə gördükləri əsərləri bir an dayanıb araşdırmalarını tələb edən bir layihə olan Slow Art Day’dir qurucusu Phil Terry, bu layihə  haqqında açıqlamasında belə deyir: “İncəsənət dünyasındakı insanlar ümumiyyətlə, bir sənət əsərinə yeddi saniyədən uzun bir müddət ərzində baxmasının nə qədər təsirli ola biləcəyini bilirlər . Slow Art Day’dir qurdum, çünki digər adi insanlar bunu bilmir. ”

3574846870_1ef3d9b47d
Hans Hofmann – “Fantasia”

Əgər uzun-uzun sənət əsərlərinə baxmanın faydaları sənət dünyasındakı insanlar üçün alışılan, artıq sıravi bir vəziyyətdirsə, Terryin belə bir layihə həyata keçirməsinə təəccüblənməməliyik.  2008-ci ildə New Yorkdakı yəhudi muzeyinə etdiyi səfər zaman, bir anlıq istəklə tam bir saatını Hans Hofmann’ın Fantasia (1943) cədvəlinə baxaraq keçirməyə qərar verir. O, təcrübəsini bu sözlərlə açıqlayır: “İnsanın ağlını başından alan bir təcrübə idi. Əsərin nə qədər yaxşı olduğunu görmək və mənim onda nə qədər çox şey gördüyümü fərqinə varmaq məni tamamilə təəccübləndirdi . “Retrospektiv bir sərgidəki hər əsəri mənimsəməyə çalışmaqdan sonra ağır yorğunluq? inanın yox”. Terry: “O qədər həyəcanlı idim ki, yüksək binalara qədər sıçraya biləcəyimi fikirləşirdim.”

Həmin il Slow Art Day’i qurmuşdur və bir sonrakı il də bu layihəni keçirməyi planlaşdırmışdır. SFMOMA (San Francisco Museum of Modern Art) kimi böyük muzeylər və Birmingham Museum of Art kimi kiçik muzeylər də bu fikri bəyənmişlər. Hətta Birmingham Museum of Art davamlı olaraq Slow Art Sundays’i təşkil etməyi təklif edib.

Slow Art Day kimi bir fəaliyyətlərə olan ehtiyac tam olaraq qlobal, çağdaş dünyadan qaynaqlanır. Hal-hazırkı dövrdə, daha diqqətlə mənimsənilməsi lazım olan çox məsələlər olduğu halda, biz hamısını tez mənimsəməyə çalışırıq. Böyük müvəffəqiyyət əldə edən bu muzey günləri göstərdi ki, bir rəssamın bütün əsərlərinin dərinlərinə enmək, bir addım önə keçmək gördüyünüz şeylərin çox az olduğu hissini verə bilər. Hansınız sərgidə ayaqda keçirilən saatların sonunda (bunu hansısa azərbaycanlının yaşadığını güman etmirəm :)) sonra gələn bel ağrısını bilmir? Ən yaxşı ifadə ediliş formada “muzey yorğunluğu”  yeni bir vəziyyət deyil.

Təşkilatlar, muzeylər də bu “muzey yorğunluğu” ndan bixəbər deyillər və uzun vaxt ərzində izləmə istəyini inkişaf etdirə bilmək, problemi aradan götürmək üçün çalışırlar. Bəzən bu səylər müəyyən programlar, layihələr halında özünü biruzə verir; eynilə Slow Art Day kimi və  incəsənəti anlamaq üçün aydın olan şərhlər, fikirlər təqdim edən internet saytları kimi. Başqa hallarda, bu dərinə baxışın inkişaf etdirilməsi tamamilə bir təşkilata bağlıdır, yəni bu yük onların üzərinə düşür. Guggenheim`daki Museum of Non-Objective Painting`də dərin düşüncələrə dalınması üçün tüstülü, klassik musiqili bir mühit yaradılmışdı. Tablolar o qədər alçaqdan asılı idi ki, yerə oturduğunuzda göz səviyyənizdə  olardılar.

Ümumiyyətlə muzeylər (və sənət ) iştirak sayına biraz ilişib-qalmış vəziyyətdədirlər. Muzeyin qapısından içəri sala biləcəkləri adamların sayını qurumun sağlamlığının, ayaqda durmasının ən əhəmiyyətli göstəricisi olaraq görürlər. Burası çox dəqiq ki, insanları muzeylərə çəkmək, sənətdən zövq almalarının ön şərti məhz budur.. Ancaq yenə də sual do]a bilər; əgər biz insanların sənətə necə bağlandıklarını müəyyənləşdirmək istəyiriksə, bu ədədlər əsas olaraq tamaşaçıların əsərlərə nə qədər bağlandıqlarına aid olsaydı (bir sərgidə keçirilən ortalama müddət ya da bir nümayişə edilən təkrar ziyarətin sayı) daha faydalı olmazdımı? Nəticədə, muzeydə nə qədər sürətli gedəcəyinizə bir başqası deyil, siz qərar verirsiniz. Bir əsərin qarşısında 10 dəqiqə keçirə bilərsiniz ya da bir saatdan çox gözlərinizi ona tikib dayana bilərsiniz. Ya da təsadüfən əsərin içərisində kilidli qala bilərsiniz və sənətlə baş-başa böyük bir gecə keçirə bilərsiniz.

Seçim sizin…

Mənbə: https://www.artsy.net/article/artsy-editorial-long-work-art-it

KÖŞƏ YAZARLARI
TOP 10