Birləşmiş Ştatların baş şairi vəfat edib

7 Baxış

philip-levineMüasir Amerika ədəbiyyatının ən tanınmış şairlərindən olan Filip Levin mədəaltı vəzi xərçəngindən vəfat edib.  

“Şeiri adi amerikalıların həyatına gətirən şair” kimi tanınan Filip Levin 10 yanvar 1928-ci ildə Miçiqan ştatının Detroyt şəhərində mühacir yəhudi ailəsində dünyaya göz açıb.

Detroytda böyüyən Levin elə böyüdüyü şəhərin işçi sinfi haqda yazdığı əsərləri ilə məşhurlaşıb. Bir çox nüfuzlu mükafatlara sahib olan Levin 1995-c ildə “Sadə həqiqət” əsərinə görə “Pulitser” mükafatına layiq görülüb. 2011-2012-ci illərdə ABŞ Konqres Kitabxanası tərəfindən “Birləşmiş Ştatların Baş Şairi” (Poet Laureate of the United States) ünvanı ilə təltif edilib.

87 yaşlı şair uzun müddətdir əziyyət çəkdiyi mədəaltı vəzi xərçəngindən vəfat edib. 

kult.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10