Biz ilə yevropalıların təfavütü – Üzeyir Hacıbəyli

12 Baxış

 

6164

Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər.

Biz də kirdən rəngi məlum omlayan mündəris bir paltar kimiyik.
Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz.
O səbəbdəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür… halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir…
Ağappaq qar kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir girvənkə mazut tök, bir addımdan məlum eləməz.

İkinci təfavüt

Bu halda, yəni bu iyirminci əsrdə yevropalılar səy edirlər ki, quş kimi havada uça bilsinlər. Amma biz bədbəxtlər hələ indi çalışırıq ki, adam kimi dünyada yaşaya bilək…

Şeir:
Onlar əvvəl adam imişlər ki,
indi də quş olmaq istəyirlər,
Bəs biz əvvəl nə imişik ki,
indi adam olmaq istəyirik?

KÖŞƏ YAZARLARI
TOP 10