“Bizim Kino Günləri”ndə “Dərs” filmi nümayiş olunacaq

55 Baxış

 dersMədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi “Bizim Kino Günləri – Audiovizual məkanda peşəkarlıq” layihəsi davam edir.

Layihə çərçivəsində noyabrın 5-i, saat 10:00-da Nizami Kino Mərkəzində Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi nümayiş etdiriləcək. Bununla yanaşı bədii kinoda uşaq mövzusu, uşaq film auditoriyasının ünvanlı seçimi, cizgi filmlərinin istehsalının durumu mövzuları ətrafında müzakirələr aparılacaq. Təqdimata kino ictimaiyyəti, nümayiş olunacaq filmin yaradıcı heyəti və media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, layihə “Axınla aşağı” filminin baxışı və müzakirələri ilə başlayıb.

Bölmə : Sənət xəbər