Bloq jurnalistikası

38 Baxış

bloq jurnallistikası 4Bloq (şəbəkə gündəliyi, virtual gündəlik) və ya Weblog – texniki məlumat tələb etmədən, öz istədikləri məlumatları, öz istədikləri şəkildə yazan insanların meydana gətirə bildikləri gündəliyə bənzər veb saytlardır. İngiliscədəki “veb” və “log” sözlərinin birləşməsindən ibarət olan weblog anlayışının zamanla yayılmış adıdır. Bloq ümumiyyətlə, aktualdan köhnəyə doğru sıralanan yazı və şərhlərin nəşr olunduğu veb əsaslı bir nəşri ifadə edir”.

 

bloq jurnallistikası 3Bu gün BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın müdiri, dosent Vüqar Zivəroğlu gənc jurnalistlərə bloqlar barədə məlumat verib. Hədəf Karyera Mərkəzi, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın birgə təşkilatçılığı və Senet.az saytının informasiya dəstəyi iləkeçirilən növbəti seminar- treninqdə məzmunu, yaradılma məqsədləri, həmçinin tematik istiqamətləri, müəlliflik göstəricilərinə görə fərqlənən bloq növləri barədə verilən məlumatlar da gənc jurnalistlərin marağına səbəb olub. İlk öncə bloqların yaranma tarixinə qısa nəzər yetirən təlimçi Vüqar Zivəroğlu ən populyar ödənişsiz bloq yaratma servislərindən danışıb.  Bildirilib ki, bloqların da müxtəlif növləri var və onları əsasən 5 tipə bölmək olar: yazı, foto, audio, mobil və internetin sürətinin artması ilə məşhur olan video bloqlar. Yazı bloqlarının özlərinin müxtəlif növləri var– siyasət, dəb, kompyuter, texnologiya və sair bloqlar.

Mövzu aktual olduğundan maraqlı müzakirələrlə davam edib. Həmçinin jurnalistlərə birbaşa bloq yaratmaq yolları əyani şəkildə göstərilib.


Bu dəfəki seminar-treninqdə Türkiyənin Qlobal Karyera İnstitunun direktoru Orhan Hasanoğlu da iştirak edib, seminar iştirakçılarına uğurlar arzulayıb. Qeyd edək ki, Qlobal Karyera İnstitutu Azərbaycanda və dünyanın müxtəlif ölkələrində media və təhsil sahəsində təlimlər təşkil edən qurumdur.bloq jurnallistikası 7

Xatırladaq ki, gənc jurnalistlər üçün keçirilən seminar-treninq həftədə bir dəfə olmaqla 3 ay davam edəcək. Təlimlərdə fərqlənən jurnalistlərin isə xüsusi mükafatlandırılması nəzərdə tutulur.