Bob Dilan mükafatlandırma mərasimində iştirak etməyəcək

4 Baxış

bob-dylan

2016-cı il ədəbiyyat üzrə Nobel mükafatının sahibi Bob Dilan mükafatlandırma mərasimində iştirak etməyəcək.

Senet.az saytı Nobel Komitəsinin saytına istinadən xəbər verir ki, Bob Dilan mərasimdə iştirak etməyəcəyi ilə  bağlı İsveç Nobel Akademiyasına məktub ünvanlayıb. “O məktubunda bildirib ki, mükafatın elan olunduğu tarixdən qabaq müəyyən planları, öhdəlikləri olub. Ona görə də dekabrda mükafatı qəbul etmək üçün Stokholma gəlməyəcək. Amma bu, o demək deyil ki, Bob Dilan mükafatdan imtina edib”, – deyə komitənin açıqlamasında qeyd olunur.

Komitənin açıqlamasında qeyd edib ki, buna oxşar hallar əvvəllər də qeydə alınıb. Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Doris Lessinq, Harold Pinteri və Elfrida Jelinek Stokholma gələ bilməyiblər.

Bölmə : Redaktorun seçimi