“Bölgələrdən səslər-3” layihəsinin yekun vurulub

5 Baxış

14988235713201463530_1000x669

İyunun 29-da Bakıda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Bölgələrdən səslər-3” layihəsinin yekun tədbiri keçirilib.

DGTYB-dən Senet.az-a bildirilib ki, Binəqədi Gənclər Evində reallaşan tədbirdə, layihə çərçivəsində nəşr edilmiş “Bölgələrdən səslər-3” antologiyasının təqdimatı olub. Həmçinin tədbir çərçivəsində respublikamızın müxtəlif regionlarından olan gənc yazarların iştirakı ilə poeziya gecəsi də təşkil edilib.

Xatırladaq ki, antologiyanın birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə işıq üzü görüb. Respublikamızın müxtəlif bölgələrində yaşayıb-yaradan, gələcək vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən antologiyanın hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb.

KÖŞƏ YAZARLARI
TOP 10