“Bölgənin sözü” adlı almanaxın təqdimatı keçirilmişdir

6 Baxış

celil

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz, Qəbələ və Şəki rayonlarında həyata keçirilən ““Bölgənin sözü” əyalətdə yaşayan gənc yazarların tanıdılması” adlı layihənin icrası uğurla başa çatdırılmışdır.

Senet.az xəbər verir ki, layihə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Hacıyev Seymur Cavanşir oğlu tərəfindən icra olunmuş, layihə çərçivəsində Oğuz, Qəbələ və Şəki rayonlarında yaşayan şairlərin şeirlərindən ibarət “Bölgənin sözü” adlı almanax nəşr olunmuş, tanınmış yazıçıların, şairlərin, ziyalıların və almanaxda təmsil olunan müəlliflərin iştirakı ilə almanaxın təqdimatı keçirilmişdir.

Layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər müvafiq rayonların Gənclər və İdman İdarələrinin dəstəyi ilə baş tutmuş, çap olunmuş almanax oxuculara və müəlliflərə pulsuz paylanılmış, rayon kitabxanalarına hədiyyə edilmişdir.

KÖŞƏ YAZARLARI
TOP 10