“Bölgənin sözü” layihəsi

14 Baxış

bölgənin-sozu-3-300x295

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda “Bölgənin sözü” əyalətdə yaşayan gənc yazarların tanıdılması adlı layihənin icrasına başlanmışdır.

Fonddan Senet.az saytına bildirilib ki, layihə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Hacıyev Seymur Cavanşir oğlu tərəfindən icra olunur, 01 oktyabr 2016-cı il tarixdən etibarən həyata keçirilir və 3 ay müddətində davam etməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi Oğuz və Şəkidə yaşayan gənc yazarlar arasında kordinasiyanı gücləndirmək, onları oxucuya və ədəbi mühitə təqdim etmək və bu gənclərin yaradıcılığından ibarət ədəbi-bədii almanax nəşr etdirib, cəmiyyətə təqdim etməkdir.

Layihə çərçivəsində nəzərdə tutulmuş maarifləndirmə, kordinasiya tədbirləri  Oğuz və Şəki şəhərində keçiriləcək, “Bölgənin sözü” almanaxının çapından sonra isə kitabın təqdimat mərasimləri keçiriləcəkdir.

Bölmə : OxucuKlubu