“Boskomb vadisinin sirri” ikinci dəfə nəşr olundu

22 Baxış

boskombHədəf Nəşrləri tərcümə ədəbiyyatı silsiləsindən yanvar ayında ən çox satılan Artur Konan Doylun hekayələrindən ibarət “Boskomb vadisinin sirri”ni ikinci dəfə çap edib. Qeyd edək ki, əsərləri türkcədən dilimizə uyğunlaşdıran yazıçı-tərcüməçi Cəlil Cavanşir, redaktoru isə Müşfiq XANdır.

 

“Boskomb vadisinin sirri” kitabında dünya detektiv ədəbiyyatının klassiklərindən biri sayılan Artur Konan Doylun bir neçə əsəri toplanıb. Kitabı oxumaqla məşhur xəfiyyə Şerlok Holms və onun dostu Doktor Uatsonun səylə araşdırdığı bir-birindən maraqlı hadisələrlə tanış olacaqsınız. “Bohemiyada qalmaqal”, “Boskomb vadisinin sirri”, “Beş portağal çəyirdəyi”, “Qırmızı saçlılar klubu”, “Büzük dodaqlı adam”, “Bir şəxsiyyət hadisəsi” kimi əsərləri sizə müəmmalı cinayətlərin üstünün açılması prosesinin şahidinə çevrilmək imkanı qazandıracaq.

Senet.az

 

 

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10