Şah İsmayıl Xətai adına yeni beynəlxalq hekayə müsabiqəsi

26 Baxış

18817806_10210398058920179_221133946_o

02 iyun saat 15:00-da AYB Natəvən Klubunda Şahi İsmayıl Komissiyasının dəstəyi ilə çap edilən “Böyük adam olmuş uşaq-Şah İsmayıl Xətai” və “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”nın tanıtım kitabının təqdimatı və Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi üçün keçiriləcək Hekayə müsabiqəsisinin təqdimatı keçiriləcəkdir.

“Böyük adam olmuş uşaq-Şah İsmayıl Xətai” komimiks hekayənin müəllifi f.ü.f.d.,dos. Şəmil Sadiq, rəssamı isə Vasif Səftərovdur.

Uşaqlar üçün nəzərdə tutulan bu kitabda Şah İsmayıl Xətainin yaradıcılığını və sərkərdəliyini şahın öz dilindən verilir. “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”nın tanıtım kitabı isə Oğuz Müstəqil Araşdırmalar Qrupu tərəfindən hazırlanmışdır. Hər iki əsər Hədəf Nəşrlərinin sponsorluğu ilə çap edilmişdir.

AYB Şah İsmayıl Komissiyasının sədri, müsbiqə layihəsinin rəhbəri f.ü.f.d.,dos. Şəmil Sadiqin verdiyi məlumata görə Şah İsmayıl Xətainin adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi məqsədilə “Qızılbaş” beynəlxalq tarixi hekayə müsabiqəsinin şərtləri təqdimat günü elan ediləcəkdir.

KÖŞƏ YAZARLARI
TOP 10