“Böyük Füzulimizin yadigarı mən özüməm” deyən Ə.Vahidə həsr olunmuş ədəbi-bədii gecə

10 Baxış

15067049342129128665_1000x669

Sentyabrın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçirilib.

Senet.az xəbər verir ki, gecədə Xalq Artisti Əminə Yusifqızı, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, xanəndələr Pərviz Qasımov, Nigar Şabanova, Abgül Mirzəliyev, Məhəmməd Nəcəfov, Gülnar Qüdrətli, Elnur Zeynalov, Vəfa Vəzirova, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Hüseyn Məlikov və Almaxanım Əhmədli çıxış ediblər. Xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndiriblər.

Tədbirdə xanəndələri Xalq Artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib.

KÖŞƏ YAZARLARI
TOP 10