“Böyük illuziya”-Kino bizə nə deyir?

129 Baxış

buu Ceyhun Mirzəli            

İkinci dünya müharibəsindən iki il əvvəl görkəmli fransız rejissoru Jan Renuar Birinci dünya müharibəsindən bəhs edən “Böyük İlluziya” filmini ekranlaşdırdı. Poetik realizmin meydana çıxardığı J.Renuar müharibədə pilot kimi iştirak etmiş, daha sonra müharibə olmağını istəməyərək Müharibə Qaziləri Cəmiyyətinin üzv olub. Rejissor bu xüsusuyyətini çəkdiyi filmdə də göstərməyə çalışıb.

Döyüşlərin birində almanlar tərəfindən təyyarələri vurulan fransızlar qarşı tərəfə əsir düşürlər. Lakin alman düşərgəsində onlarla yaxşı münasibət bəslənilir. Hətta alman komandiri Fon Rauffenşteyn (Erik fon Stroheyim) onlara qonaqlıq verir. Bu komandan zadəgan sinifinə aid olduğunu elə ilk dəqiqələrdən büruzə verir. Müharibədə iştirak edən yüzbaşı Boeldieu (Pierre Frensay) və leytenant Marsenal (Jan Qaben) müxtəlif siniflərə aid bir-birlərini anlaya bilməyən insanlardı. Ümumiyyətlə bu filmdə siniflər, millətlər arasındakı fərq maraqlı şəkildə göstərilir. Məsələn, yəhudi Roşental (Marsel Daliyo) həmişə deyib-güləndir. Onun şəxsi moda evi var. Bu qənaətə gəlmək olar ki, rejissor bu fərqi göstərməklə müharibələrin başlamasının səbəblərindən birini açmağa çalışır.

Hərbi əsirlər qarşılarına qaçmağı hədəf qoyurlar. Bu məqsədlə yerin altından tunel qazırlar lakin, məqsədlərinə çata bilmirlər. Əsirlər teatr səhnəciyi oynayırlar. Tamaşada onlar əyinlərinə qadın paltarları geynirlər. Elə bu vaxt Dountmuntun almanlardan alınması xəbəri yayılır. Bundan sonra əsirlərin parikləri çıxarıb, Fransa himnini oxuması izləyicilərdə xüsusi maraq yaradır. Marsenalın qaçmaq istəyinə görə təkadamlıq kamereya salınarkən nəzarətçiyə fransızca eşitmək istəyirəm deməsi də diqqətəlayiq səhnələrdəndir.                                          Düşərgədən qaçmaq niyyətinə görə cəzlandırılan Boeldiyu Marsenal yeni alman düşərgəsinə gətirirlər. Orta əsr qəsri olan bu məkanda onlar təsadüfən Fon Rauffenşteynlə qarşılaşırlar. Filmin bu anından etibarən biz zadəgən alman komandanın xarakterini daha aydın görə bilirik. Rauffentşeyn sinifcə ona yaxın olan Boeldiyuyla söhbət edərkən o məmur olmaq istəməmədiyini bildirir. Bu işlərin onu yorduğunu deyir. Zadəgan hərbçi “Müharibənin nə ilə bitəcəyini bilmirəm, amma bu Boeldiyunların Rauffentşeynlərin sonu olacaq” – deməsi onun gələcəklə bağlı bədbinliyini göstərir. Burada pasifist xətt görünməyə başlayır. Rauffentşeynin qalada dibçəkdə gül saxlaması onun qəlbinin kövrəkliyinə və ümidlərinin olmasını göstərir.

Qəsrə kitabla dolu qutunun gətirilməsi və ona od vurulması 1933-cü ildə faşist Almaniyasında baş verənlərin birinci dünya müharibəsinə uğurlu şəkildə köçürülməsidir. Bu rejissorun tarixi hadisələri maraqlı şəkildə sintez etməsini göstərir. Qəsrdəki əsir otağına gələn yoxlama zamanı bir əsrin əlindən qədim yunan şairi Pindarın kitabını almaq istəyirlər. Rauffentşeynin kitabı əlinə alıb “Yazıq qoca Pindar” –deməsi müharibənin mədəniyyətə olan  zərbəsini göstərir . Boeldiyu qəsrdən qaçarkən Rauffentşeyn onu vurur. Daha sonra çarpayının yanında ondan üzr istəyir. Roşentaln ölümündən sonra zadəgən hərbçinin dibçəkdəki gülü kəsməsi onun bədbinliyinin artmasını və özünün də sonunun yaxınlaşdığını hiss etdiyini göstərir.  Müharibənin insan həyatına vurduğu zərbələr lirik şəkildə ekranda təcəssüm olunur.

Bundan sonra Marsenal və Roşental qəsrdən qaça bilirlər. Onlar bir kəndə çatırlar. Müharibədə əri həlak olmuş dul qadının evində özlərinə sığınacaq tapırlar. Müharibənin ağrı acısı qadının da, həyatına ciddi təsir edir. Bu zaman Marsenal onu sevməyə başlayır. Bu məqam Marsenalın və qadının həyatında dönüş yarada biləcəyi görüntüsü yaratsa da hər şey tərsinə olur.  Qadının balaca qızı isə davranışrlarıyla diqqəti cəlb edir. Milad  bayramı zamanı İsa peyğəmbərin balaca heykəlini yemək istədiyini deməsi də, qərb kinosunun səciyyəvi xüsusyyətlərini əks etdirir. Ümumiyyətlə, dini rituallar qərb kinosunda xüsusu rol oynayır. Bunu həmçinin təhrif edilmiş din anlayışına qarşı çıxmaq kimi də qiymətləndirmək olar.  Qadın Marsenala öz ürəyini açır. Onun getməməsini istəyir. Lakin reallıq başqa məsələləri ortaya çıxarır. Marsenalın gedərkən arxaya baxmaması bunu sevgisiylə izah etməsi fərdin taleyini ümumiləşdirir.  Nəhayət Marsenal və Roşental İsveçrəyə qaça bilirlər.

“Böyük illuziya” filmi zamanında faşist Almaniyasında və İtaliyasında qadağan edilmişdi. Bu filmdə yüksək alicənablıq görünür. Xüsusən Rauffenşeyn obrazında bunu görmək olar. Filmdə sülh arzusu, tarixə, siniflərə, millətlərə baxış maraqlı rejissor yozumu və peşəkar aktyor oyunu ilə özünü əxz etdirir.

 

 

 

 

 

Bölmə : Kino, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10