“Böyük ömrün səlnaməsi” kitabı nəşr edilib

8 Baxış

15274494333338738113_1000x669

Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin “Böyük ömrün səlnaməsi” kitabı çapdan çıxıb.

Senet.az xəbər verir ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan bu monoqrafiya böyük dövlət xadimi, etno-mədəni düşüncə sistemində məxsusi yeri olan Səmədağa Ağamalıoğlunun anadan olmasının 150 illiyinə həsr edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə olan nəşrin elmi redaktoru, akademik Nizami Cəfərovdur. Akademik kitabın “ön söz”ündə yazır: “S.Ağamalıoğlu həm cümhuriyyətə qədər, həm cümhuriyyət dövründə, həm də cümhuriyyətdən sonra (sovet dövründə) ölkənin ictimai-siyasi, mədəni həyatında nə qədər əhəmiyyətli rol oynasa da, onun şəxsiyyəti, tarixi fəaliyyəti, xalqı qarşısında xidmətləri barədə cəmiyyətə düzgün məlumat verilməmişdir. Sovet dövründə S.Ağamalıoğlunun gördüyü işlərdə türkçülük-millətçilik “izlər”i tapılmış, müstəqillik illərində isə əksinə, “sosialist ideoloqu” və ya “sovet dövləti qurucusu” elan olunmuşdur… Əminik ki, S.Əhmədlinin “Böyük ömrün salnaməsi” kitabı bütün ömrünü xalqının tərəqqisinə həsr etmiş ictimai-siyasi xadimin, dövlət adamının Azərbaycan cəmiyyətinə daha yaxından tanınmasına yardım etməkdən qalmayacaq, S.Ağamalıoğlunun həyatı, fəaliyyəti, mübarizələri barədə monoqrafik tədqiqatların yaranmasına da təsir göstərəcək”.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10