İngilis Yazıçı E.L. Ceymsin “Bozun əlli çaları” kitabı əsasında çəkilmiş film yeni bir rekorda imza atıb.
Satışa çıxdıqdan sonra 3 gün ərzində filmin 400 minə yaxın DVD-si satılıb.
Bundan əvvəlki rekord “Hobbit – Battle of the five armies” filminə aid idi. Bu filmin DVD-si 1 həftə ərzində 477 min nüsxə satılmışdı.
Qeyd edək ki, “Bozun əlli çaları” kitabı 37 ölkədə 70 milyon satılaraq “bestseller” siyahısna daxil olmuşdu.