Bran Stark qayıdır…

47 Baxış

bram

“HBO” istehsalı olan “Game of Thrones” serialı iyulun 14-ü 5-ci mövsümü başa vursa da, serial ətrafında gəzən söz-söhbətlər səngimək bilmir.

Məşhur serialın yeni bölümü ilə bağlı artıq xəbərlər yayılmağa başlayıb. Belə ki, gənc aktyor İsak Hempstidin canlandırdığı Bran Stark obrazı 5-ci mövsüm ərzində görünməsə də, yeni mövsümdən tamaşaçıların görüşünə gələcək.

Bu barədə mətbuata açıqlamasında İsak Hemstidin özü məlumat verib. O, yeni mövsümdən ekranlarda olacağını qeyd edib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10