Britaniyanın məşhur tamaşaları Bakıda nümayiş olunacaq

46 Baxış

hamletDekabr ayından etibarən Britaniyada ən çox uğur qazanmış tamaşalar Bakıda nümayiş olunacaq.

Senet.az xəbər verir ki, “British Council Azərbaycan”-ın təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində tamaşaçılar “Milli teatr”, Şekspirin “Qlobus teatrı”, “Royal Şekspir” şirkəti, “Royal Opera Haus Kovent Qarden” və s. dünya səviyyəli teatrlarının tamaşaları paytaxtın kinoteatrlarında canlı izləyə biləcəklər.

TheatreHD layihəsi çərçivəsində ilk tamaşa Benedikt Kamberbeçin iştirakı ilə Uilyam Şekspirin “Hamlet” əsəri olacaq. Tamaşa dekabrın 8-də saat 19.00-da “Nizami” kino mərkəzində baş tutacaq. Ikinci tamaşa dekabrın 15-də saat 19.00-da həmin mərkəzdə nümayiş olunacaq Tom Hidlestonun iştirak etdiyi “Koriolanus” tamaşasıdır. Biletləri kinoteatrın kassalarından əldə etmək olar.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10