Britaniyanın məşhur teatrı Bakıda

72 Baxış

britaniyaOktyabrın 3-də Britaniyanın məşhur teatr dərnəyi “Shakespeare’s Globe” Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Hamlet” tamaşasını nümayiş etdirəcək.

Senet.az xəbər verir ki, tamaşanın nümayişi British Council və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, “Shakespeare’s Globe” teatrı sözügedən layihəni dünya şöhrətli dramaturq Şekspirin anadan olmasının 450 və vəfatının 400- cü ildönümü münasibətilə həyata keçirir. Tamaşanın 2016-cı ilin aprel ayınədək dünyanın əksər ölkələrdə nümayişi planlaşdırılır.

Dünyada 100-dən artıq ölkədə nümayiş olunan tamaşanın Akademik Milli Dram Teatrındakı nümayişi subtitrlər vasitəsilə teatrsevərlərə təqdim ediləcək.

Tamaşanın biletlərini paytaxtın teatr kassalarından əldə etmək mümkündür.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10