Sənətçi Keyti Peterson “Gələcəyin Kitabxanası” adlı layihə hazırlayıb. Layihəyə əsasən öncədən seçilmiş yüz yazıçıya əsər yazmaqları üçün sifariş veriləcək. Sonradan bu əsərlər yüz il müddətində saxlanılacaq. Məhz bu müddət başa çatdıqdan sonra kitablar yayımlanacaq.
Əsərlər barəsində müəlliflərindən başqa heç kim məlumat əldə edə bilməyəcək.
Artıq layihənin gələcəkdə həyata keçmək üçün Osloda bir meşəyə min ağac əkilib. Yüz il sonra kəsiləcək ağaclar, kitabların nəşrində istifadə olunacaq.
Layihənin ilk yazarı Marqaret Atvuddur. O, 100 il sonra yayımlanacaq əsəri ilə bağlı bunları deyib: “Ağzımı bərk-bərk bağlamışam. Roman haqqında onu deyə bilərəm ki, əsər qədim Romadan bəhs edəcək”.