Nyu Yorkda “Gavin Borwn’s Enterprise” qalareyasında Kannis Kounellisin sərgisi keçirilib.
Sərgi iştirakçıların böyük marağına səbəb olub. Belə ki, burada 12 at nümayiş etdirilib. Qalareyada atlar üçün fərdi tövlələr tikilib. İştirakçılar atların gündəlik həyatları ilə tanış olublar.
Qeyd edək ki, ilk dəfə 1969-cu ildə qarajda göstərilən bu sərgi, sonradan Avropanın bir çox qalereyasına dəvət alıb.