Bu film keçən həftə dünyanın ən çox qazanc gətirən filmi olub

19 Baxış

hg

 

Dünyanın ən iri kino bazarlarından olan Çində döyüş filmi “The Battle at Lake Changjin” böyük marağa səbəb olub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, filmin nümayişi olunduğu 4 gün ərzində istehsalçılara 234 milyon dollar qazanc gətirib. Bu, pandemiyadan sonra qısa vaxtda ən çox gəlir gətirən ilk ekran əsəridir.

Film 1950-1953-cü illərdə ABŞ-ın hücumlarına qarşı Koreyaya kömək edən Çinin könüllü əsgərlərinin göstərdikləri fədakarlıqdan və qurbanlardan bəhs edir.

Bölmə : Kino, Modern, Sənət