Senet.az gənc fotoqraf Murat Sayqınerin əsərlərindən bir neçəsini təqdim edir:
Əslən türk olan fotoqraf Murat Sayqıner, 1989-cu ildə Praqada adan olub.
İlk təhsilini Parisdə alan Sayqıner, daha sonra oxumaq üçün Ankaraya gedib.
26 yaşlı fotoqrafın əl işləri görənləri təəccübünə səbəb olur.
O, bir sıra beynəlxalq müsabiqələrdə mükafata layiq görülüb.
Çəkdiyi şəkillər üzərində “Photoshop” vasitəsilə işləməyi çox sevir.
Murat Sayqıner mətbuata açıqlamasında sənəti ilə bağlı bunları deyib: “Mən məktəbi heç sevməzdim. Orada standart bir sistem var. Ancaq mən xoşum gələn işlə məşğul olmaq istəyirəm. Özümü qələm-kağız əvəzinə kompüter vasitəsilə ifadə etməyi xoşlayıram”.