Tərcümə etdi: Teymur Fərzi
Amerikanın Pensilvaniya ştatında yaşayan Amiş qəbiləsi xiristian dini məzhəbinə mənsubdurlar. Onlar haqqında məlumatlar 1600-cü illərə qədər gedib çıxır.
Amişlər 17-ci əsrə aid olan adətləri ilə yaşayaraq texnoloji yenilikləri qəbul etmirlər. Şam işığından istifadə edir, geyimlərini 17-ci əsrdə olduğu kimi saxlayırlar. At arabasından istifadə edir, dövlətə vergi vermir, sosial müdafiə ilə əlaqələrini kəsir, hərbi xidmətə getmirlər.
Amişlər adlarını isveçrəli Yakob Ammandan alırlar. 1720-ci ildə təzyiqlərdən yaxa qurtarmaq üçün Avropadan Amerikaya köçürlər. Son 16 ildə sayları 125 mindən 230 minə çatıb. Hər ailənin 4-5 yeni uşağa sahib olması düşünülərək saylarının 2026-cı ildə 500000-ə çıxması gözlənilir.
Rəngli geyimlər geyinmirlər. Hər kənddə yalnız bir telefon var. O da sadəcə təcili yardım çağırmaq üçün istifadə olunur. Amiş kişiləri evləndikdən sonra bığsız və saqqallı olur.
Xəstələndikləri vaxt müalicə xərclərini icma öz hesabına ödəyir. İcmanın büdcəsini də amişlər formalaşdırır.
Kənd təsərrüfatına önəm verir, 17-ci əsrin alətlərini istifadə edirlər.
Hər il minlərlə turist onları görmək üçün dünyanın müxtəlif ölkələrindən buraya gəlirlər. Ancaq amişlər heç də qonaqpərvər deyillər. Onlar turistlərdən qaçmağa çalışırlar.
Amiş qanunlarından biri də kimsə kənardan olan biri ilə ailə qura bilməz.