Bu layihə Mübarizin ailəsinə də hədiyyə olacaq

81 Baxış

shemilsadiq5Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin ssenarisi əsasında Milli Qəhrəman Mübariz İbrahimov haqqında Azərbaycanın ilk cizgi-romanı hazırlanır. Cizgi-romanın rəssamı Vasif Səftərovdur.

Bu barədə mətbuata açıqlamasında Şəmil Sadiq məlumat verib. O, romanın yaranma ideyasından danışıb: “Ədəbiyyatın, mədəniyyətin gördüyü işi heç nə görə bilmir bu gün. Bir millətin tarixini də məhz bədii əsərlər yaşadır, gəncliyə ötürür, aşılayır. Bunun üçün Suat Turgutun İbad Hüseynov üçün hazırladığı cizgi romanını dilimizə tərcümə edəndə düşündüm ki, Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında da belə bir roman hazırlayaq. Cizgi roman janrı Azərbaycanda demək olar ki, yoxdur. İlk dəfə 2023 yayın evinin çap etdirdiyi “Qorxunu öldürən qəhrəman” kitabını mən dilimizə türkcədən uyğunlaşdırmışam. Onu da deyim ki. Təəssüflər olsun ki, millət aşiqi Suat Turqutun böyük sevgi ilə hazırladığı bu kitab ölkəmizdə öz dəyərini almadı. Amma oxuyan bir çox məktəbli var ki, böyük həvəslə danışır və onların düşüncəsinə yaxın üslubda hazırlanmasına görə təşəkkür edib müəllifə. Buna baxmayaraq, mən hələ də ümidliyəm ki, kitaba münasibət daha da yaxşılaşacaq və valideynlərimiz övladlarına beynləri zəhərləyən məhsulları yox, məhz milli düşüncənin formalaşmasına xidmət edən kitablar oxudacaqlar. Etiraf edək ki, uşaq ədəbiyyatı sahəsində hələ xeyli iş görlməlidir. Bizim də hazırladığımız bu kitab bu tip addımlardan biridir. Çünki uşaq bu cür cizgi romanlarını oxuynada sanki filmə baxmış kimi hiss edir özünü. Vərəqlər aləmində şəkilləri öz fantaziyasına uyğun hərəkətə gətirir. Kitabın gənc rəssamı Vasif Səftərovdur. Məncə rəssamlığımızda da yeni janr hesab etmək olar. Ssenari çoxdan bitib. Vasif də artıq yekunlaşdıramq üzrədir. Düşünürəm ki, Hədəf nəşrlərinin komandasının səyi nəticəsində yeni ildə təqdim edəcəyik. İki ildən çoxdur üstündə işlədiyimiz bu layihə Mübarizin ailəsinə də hədiyyə olacaq. Bir dəfə görüşəndə bu haqda danışmışdım atası ilə. Amma kitabın son varinantını hökmən göstərib çap edəcəyik. Çünki kitabda Milli qəhrəmanımızın uşaqlıqdan şəhidə olan qədər keçdiyi həyat yolu izlənilib. Onun şücaəti və insanlığı uşaqlarımıza təqdim olunub. Ümid edirəm ki, ürəyim istəyən kimi bir kitab, əsər ortaya qoyacağıq. Bundan sonrakı iş Vasifə və Hədəf Nəşrlərinə düşür”.

 

KÖŞƏ YAZARLARI
TOP 10