Bu mükafat hələ yazılmamış kitablara verilir

11 Baxış

2qs2zc1-300x161

Sabit Fikrin “The Guardian” qəzetinə əsasən bildirir ki, ədəbiyyat dünyasında yeni bir mükafatdan bəhs edilir. Bu “Nine Dots” mükafatıdır. Bu mükafatın miqdarının “Baillie Gifford” və ya “Man Booker” mükafatlarından daha çox olması ilə deyil, hələ yazılmamış bir kitaba veriləcək olması ilə diqqət mərkəzindədir.

“Nine Dots” mükafatına namizəd olanlara bir sual verilir: “Rəqəmsal texnologiyalar siyasəti qeyri-mümkün hala gətirirmi?” İstər Ədəbiyyat sahəsində olan, istərsə də hələ bir əsəri də çap edilməmiş yazıçılar bu suala verə biləcəyi cavabı və bu kitabı necə qısa bir kitaba çevirəcəyini izah edən 3 min sözlük cavab göndərməyə dəvət edir. Münsiflərin kim olduğu bilinməyən 12 akademik, jurnalist və yazıçılardan ibarətdir. Mükafat eyni zamanda yazılacaq kitabın Cambridge Universitetinin nəşriyyatı tərəfindən çap olunması və 100 min dollar pulu əhatə edir.

Son müraciət tarixi 31 yanvar 2017-ci ildir. Mükafatı qazananın adı may ayında açıqlanacaq.

 

edebiyathaber.net saytından tərcümə edilmişdir.

Əsəd Əsədzadə