Senet.az dünyanın ən maraqlı otelinin şəkillərini təqdim edir:
Dünyanın ən gözəl mənzərəsinə sahib olduğu iddia edilən ev.
Əgər ora qədər gedib çıxa biləsiniz, bu oteldə qalmaq pulsuzdur.
Bu inanılmaz daxma İtalyanın Alp dağlarında 2 min 531 metr yüksəklikdə Foronon del Buinz dağının zirvəsində yerləşir.
Doqquz yatağa malik sığınacaq Ceria-Merlonedə olan alpinistlərin dincəlməsi üçün ideal yerdir.
2010-cu ildə bir uçqun faciəsində dünyasını dəyişmiş Luca Vuerichin adlı alpinistin xatirəsinə ailəsi tərəfindən inşa edilmiş daxmanın tikilməsində dostları yardımçı olmuşdur.