Bu romanda sonluğu müəllif yox, oxucu təyin edir

96 Baxış

salideSenet.az filologiya üzrə elmlər doktoru, dosent Salidə Şərifovanın “Çağdaş Azərbaycan postmodern romanı” adlı monoqrafiyasından bir hissəni təqdim edir. Qeyd edək ki, kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Əhmədov Bədirxan və filologiya üzrə fəlsəfə doktoru, dosent Sadıqov Şəmildir. 

1976-cı ildə amerika yazıçısı Reymon Federmanın “Sizin ixtiyarınızda” adlı romanı oxuculara təqdim olunur. Əsərin özünəməxsusluğu onda idi ki, roman cildlənməmiş və nömrələnməmiş şəkildə oxucuya təqdim olunmuşdu. Oxucu da əsərin səhifələrini istənilən cür düzməklə oxuya bilirdi. R. Federmanın əsərini mütaliə edərkən görürük ki, sərhədlər yoxdur, oxucu əsərin finalını müəllifin istədiyi kimi deyil, öz istədiyi kimi təyin edir. 1990-cı ildə Maykl Coys hiperromanı “Günorta”nı (“Afternoon”) ilk dəfə beş disketdə topladır. 539 şərti səhifədən 951 qısayoldan ibarət olan bu əsər ilk hiperədəbiyyat kimi dəyərləndirilir. Bu hiperromanı kompüterin ekranından oxumaq mümkündür. Alternativ qiraət imkanları yaradan əsərin süjet xəttini oxucunun istəyi ilə dəyişdirmək mümkündür. R. Bart hipertekstin xüsusiyyətinə müxtəlif mənalı xassəyə malik oxşar alqoritmlər əlavə edir. Klassik nümunə kimi romanda mətnin oxunmasında müxtəlif alqoritmlərin tətbiqi imkanlarına italyan yazıçısı İ. Kalvino “Çarpazlaşmız talelərin qəsri” (Il castello destini incrociati dei) əsərini misal çəkmək olar. Bədii “vasitə” kimi kart dəstindən istifadə edən müəllif beləliklə mətni strukturlaşdırır, oxucu mətnin daxili rabitə hissələrindən istifadə edərək, povesti on iki müxtəlif variasiyalarda oxuya bilər.

Hipertekstuallaşma “mətnlərin iyerarxiya”sının yaradılması ilə bağlı, müxtəlif statuslu mətnlərin yazıçıların metamətni romanların quruluşunda irəlicədən geniş istifadəsinə mətnin qurulması kimi başa düşülür. Dar mənada söhbət metamətndən gedir, halbuki ayrı-ayrı fənlər üzrə metamətnlərin geniş şərhi var ki, bu anlayış altında bir yazıçı və ya bir qrup yazıçı tərəfindən yazılmış mətnlərin ümumi bütövlüyü başa düşülür. Müasir mərhələdə hipertekstual tendensiyanın güclənməsi, ümumiyyətlə digital janrların və digital ədəbiyyatının təsiri ilə bağlıdır ki, bu da elektron-rəqəmsal multimedia imkanları ilə həyata keçirilir.

Müasir Azərbaycan ədəbiyyatında hipertekstual əsərlərə rast gəlmək mümkündür. Nicat Məmmədovun “Прогулка” (“Gəzinti”) əsəri DVD disk şəklində buraxılıb, əlifba sırası ilə düzülüb və öz növbəsində hər yarımbaşlıqdakı mətndən başqa mətnlərə ke- çidləri olan 108 ayrı-ayrı yarımbaşlıqlardan ibarətdir. Əsərdə şərq və qərb fəlsəfəsi ilə bağlı mövzuları (“Buddizm”, “Yoqa”, “Quran”), müəllifin gündəliklərindən parçaları mütaliə edə bilirlər. “Я” (“Mən”) yarımbaşlığının boş səhifə kimi verilməsi və yaddaşda qalmayan, pozulub gedən qeydlərin edilməsi hipertekstual əsərin maraqlı məqamlarındandır. Hipertekst (hipermətn) romanda “əlavə” məna yükü hipertekstin xassələri sayəsində mümkün olur:

- quruluşun parçalanması: mətn montaj prinsipi üzrə vahid bir tama çevrilmiş halda kiçik fraqmentlər formasında qurulur;

- Qeyri-xətti təhkiyə: təhkiyə hər hansı bir fraqment ilə başlana bilər və mövcud fraqmentləri çərçivəsində istənilən ardıcıllıqla “davam etdirilir”;

- müxtəlifnövlü, müxtəlif dil, üslub və janr xüsusiyyətləri ilə mətn birləşmələrinin vəhdətini tələb edən;

- multimedia: hipertekstdə bədii üsullar seçim və şriftlər vəhdətini, illüstrasiya, cizgi əlavələri, səsli müşayiətini əhatə edə bilər. Əgər hipertekst romanın müxtəlif növlüyündən danışsaq, onda aşağıdakılara ayırmaq olar:

- “lüğət” (ensiklopedik) hipertekst roman (məsələn, M. Paviçin “Xəzər lüğəti” romanı);

- “süjetli” hipertekst roman, əsərdə müxtəlif variasiyalarda bir və eyni süjet xəttinin canlandırılması (K. Eskovun “Bore-Robinqud haqqında ballada” romanı);

- digital hipertekst roman, müəllif düşüncəsinin açıqlanması üçün informasiya və multimedia texnologiyalarının texniki imkanlarından istifadə etmə (B. Akuninin “Kvest (axtarış). Roman-kompüter oyunu”).

Postmodern ədəbiyyatda bir sıra müəlliflər oxucuya müəllif fikrinin çatdırılması məqsədi ilə texniki vasitələrdən istifadə edirlər. Söhbət audioroman və kinoromandan gedir. Çağdaş Azərbaycan postmodern romanı Audioromanda məlumatların ötürülməsinin verbal (şifahi) forması ilə yanaşı, oxucu səslərin bütün spektrlərindən istifadə edir (ifaçıların səsləri, səs tembri və bu səslə rin tonallığı, musiqi, səs, təbiət səsləri, hadisələrin səsləri və s.). Səs tərtibatı paralel olaraq süjet xəttinin inkişaf aləti kimi çıxış edir: verbal (şifahi) informasiya bu və ya digər səslərlə müşayiət olunur (qəhrəmanın gedişi – nəqliyyat səsi, əsərdə münaqişənin gərginləşməsi – həyəcanlı musiqi və s.). Səs montajı səs obrazını yaratmaqda xüsusi əhəmiyyət kəsb edir. Audiodisk şəklində buraxılmış ilk Azərbaycan romanı Elxan Xanəlizadənin “Yol” (2009) əsəridir. Təhkiyə öz həyatını nəql edən ağsaqqal İbrahim İmanov adından aparılır. Süjet xətti “yol motivi” əsasında qurulub. Baş qəhrəmanın taleyində nəsillərin taleyi cəmləşir: epik başlanğıc baş personajın uzun monoloqunda dəyişdirilir. Roman musiqi ilə müşayiət olunur. (bəstəkar Gövhər Həsənzadə və Ülviyyə Vəliyeva) Musiqi vasitəsi ilə baş qəhrəmanın daxili vəziyyəti vurğulanır, əlavə olaraq, romanın fabulasının əsas hadisələri ətrafında emosional mühit yaradılır. Romanda vokal-əlavələr də iştirak edir ki, romanı yalnız vokal-musiqi janrları ilə yaxınlaşdırmır, həm də romanda gücləndirilmiş lirik başlanğıcı əks etdirir. Hafiz Mirzənin “Son və başlanğıc” (2010) romanı özünəməxsusluğu ilə seçilir. Bu romanı audioroman janrına aid etmək olmaz. Belə ki, roman ilk dəfə mətbuatda hissə-hissə dərc olunub. Lakin sonradan müəllif romanı ayrıca kitab şəklində nəşr etdirir. Maraqlıdır ki, kitaba musiqi parçaları yazılmış CD diski əlavə olunur.

kitabMüəllifin fikrincə, oxucunun müəllif əsərini qavramasını təmin etmək üçün musiqi müşayiəti mütləqdir. Kinoromanda müəllif düşüncələrinin açılması üçün vizual mənzərədən istifadə olunur. Bu zaman vizual mənzərə informasiyanın ötürülməsinin verbal vasitələrinə bağlanır ki, kinoromanı kinossenaridən fərqləndirir. Kinoromanda hakim mövqe mətn informasiyasının ötürülməsi mövqeyidir. Kinomatoqrafiya səhnəcikləri, kameraların hərəkəti, montajın xüsusiyyətləri və s. – bütün bunlar bədii əsərin mətninə tabedir. Sinkretik janr formalarının bir çox xüsusiyyətlərini özündə cəmləşdirmiş və kütləviləşmiş belə kinoromanlardan biri olan A. Rob-Qriyerin “Ötən il Marienbadedə” əsəridir ki, 1961-ci ildə rejissor A. Rene tərəfindən ekranlaşdırılmışdır.

Azərbaycan romançılığında kinoromanın bir neçə nümunəsi məlumdur. Azərbaycan kinoromanının tarixi və epik çalara malik olması onun əsas xüsusiyyətidir:

- tarixi və sənədli ədəbiyyat janrları qarışıqlığı;- ümumiləşdirilmiş obraz kimi xalq obrazı çıxış edir, bununla da Azərbaycan kinoromanını roman-epopeyaya yaxınlaşdırır. 2005-ci ildə rejissor Kamran Qasımovun “İyirmi üç ay” (2005) kinoromanı nəşr olunur. Romanın süjeti 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ətrafında qurulub. Kinoroman tarixliliyi və sənədliliyi ilə fərqlənir. Təsadüfi deyil ki, müəllif əsərin adını aşağıdakı kimi izah edir – “bədii-sənədli, tarixi kinoroman”. Bu izah əsər üçün səciyyəvi olan janr qarışıqlığının bütün spektrini əhatə edir. Romanın faktlarla dolu əsası tarixi hadisələrin xronologiyasını izləyir. Maraqlıdır ki, prototipləri dövrün siyasi və dövlət xadimləri olan bədii obrazların fonunda, ayrıca obraz kimi xalq obrazı dövlət qurucusu kimi çıxış edir. Ədəbiyyata montaj kinodan, kollaj isə rəssamlıqdan Çağdaş Azərbaycan postmodern romanı keçmişdir. Fərqli parçaları bir yerə yığmaq, birləşdirmək, calaq etmək kimi fəndlər vasitəsilə romanın təhkiyəsi içinə atılan parçalar mətni ənənəvi təhkiyədən uzaqlaşdırır. 2008-ci ildə Bakıda Nurəddin Adiloğlunun döyüş meydanlarının “qaynar nöqtə”lərindəki əməliyyatlarından, keçən əsrin coşqun 90-ci illərinin Bakıda baş verən siyasi proseslərindən bəhs edən “Qara sarmaşıq” (2008) romanı nəşr edilmişdir. Müəllif dağıdılmış siyasi prosesin xronologiyasına əsaslanır.

 

 

 

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10