Senet.az oxucularına Cəvahir Əsədovanın şeirlərini təqdim edir.
Buludlar
Uzaq sahillərə sən tələsərkən,
Məni almaq üçün enin, buludlar.
Həsrətli baxışla sizi çağlrsam ,
Mənidə götürüb gedin,buludlar.
Kim sənə nə dedi, qanın qaraldı?
Mənim də halımı anla buludlar.
Günəşi görməsəm məyus oluram
Onunla aramda durma,buludlar.
Sən də çox dərdlusən slxıb tökürsən
Mən səni dinlərəm ,danış buludlar.
İslanmış donunla yerə enmədən,
Məni qucağlnda yatır, buludlar.
Bəzən ,sənə baxıb təsəllu tapdım
Qanın qaralanda narahat oldum
Yerdə çox darıxıb ,çarəsiz qaldım,
Sən ordan əluni uzat ,buludlar.
Yerlə, göy arası ağ örpək oldun
Çox sözlü,söhbətli hüzura döndün.
Bəzən, od sıçradıb,şimşəklə dindin,
Hər halın çox gözəl, var ol, buludlar.
Özündən saçıma iki lenta hör,
Sevincli sözləri çantama doldur.
Astaça endirib məktəbə göndər,
Dalımca duanı bol et,buludlar.