“Cəhənnəm” Türkiyədə

7 Baxış

infernoDen Braunun “Cəhənnəm” kitabı əsasında ekranlaşdırılan  filmin çəkilişləri davam edir. Ənənəyə sadiq qalaraq Con Lenqdon obrazını yenə Tom Henks oynayacaq.

Filmin rejissoru Ron Hovard mətbuata açıqlamasında filmin bəzi hissələrinin Türkiyədə çəkiləcəyini bildirib. O, bunun üçün Aya Sofya, Bəyazid Meydanı, İstanbul Universiteti və Qapalıçarşı kimi tarixi məkanlarından istifadə edəcəyini deyib.

Aktrisa Sidse Babett Knudsenin də rol aldığı filmin İstanbul çəkilişləri may ayında baş tutacaq.

Qeyd edək ki, “Cəhənnəm” filminin çəkilişləri hazırda Budapeştdə gedir.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10