“Cəhənnəmdə böyük çığırtı” kitabının imza günü keçirildi

62 Baxış

kitabKitabevim.az Mağazalar Şəbəkəsində Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı” kitabının imza mərasimi keçirilib. Senet.az xəbər verir ki, imza mərasimini giriş sözü ilə Vüsalə Məmmədova açıb. O, kitab haqqında oxuculara məlumat verib: “Bu kitab Lent.az İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr olunub. “Cəhənnəmdə böyük çığırtı” adlı kitaba 8 hekayə daxil olunub. Bu hekayələrin hər biri erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəhs edir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin, dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir”.

Daha sonra çıxış edən kitabın redaktoru və ideya müəllifi Qabil Abbasoğlu “Cəhənnəmdə böyük çığırtı” kitabının  Azərbaycan tarixinin qiymətləndirilməsində böyük rol oynadığını deyib: “Bu kitab bədii, tarixi və yaxud hansısa başqa mövzuda olmaqla yanaşı, bir insan həyatını əks etdirən avtoportretlərdir. Vüsalə xanım girov düşmüş insanların bütün əziyyətlərini olduğu kimi bütün rəngləri ilə verə bilib.

Qabil Abbasoğludan sonra kitabda həyatları əks olunmuş insanlar çıxış ediblər. Onlar bu kitabı yüksək qiymətləndirdiklərini deyiblər.

Sonda müəllif oxucuları üçün kitabı imzalayıb.

 

teqdimat teqdimat2

 

KÖŞƏ YAZARLARI
TOP 10