Cəlil Məmmədquluzadənin 150 illiyinə dəyərli töhfə

27 Baxış

70832404_2714334631946657_4522500580144316416_n

Böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı, “Cəlil Məmmədquluzadə 150 il məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı nəşr olunub.

Kitab dahi Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə tərtib olunmuşdur. Ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında yazılmış məqalələr,  sselər, müsahibələr və şeirlər toplanılaraq kitab halına salınmışdır. Kitabda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  Cəlil Məmmədquluzadənin 150 illik yubileyi keçirilməsi ilə bağlı sərəncamı, ümummilli lider Heydər Əliyevin Cəlil Məmmədquluzadənin 125 illik tədbirindəki nitqi, 93 məqalə, 13 esse, 8 müsahibə, 8 müxtəlif şairinin yaradıcılığına aid 30 şeir yer almışdır.

Qeyd edək ki, kitabın baş redaktoru akademik İsa Həbibbəyli, tərtibçisi və nəşrə hazırlayan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri professor Tehran Mustafayev, dosent Şəmil Sadiqdir.

 

Bölmə : Bölməsiz
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10