Cəngavər kumuklar

209 Baxış

Qafqazımızın ikinci ən böyük türk qövmü – cəngavər kumuklar (qumuqlar)

Doğdu Çolpan, sabah bilindi,
Oyanma zamanı gəldi.
İşıq aldı dünya üzünü
Yatdığımız yeter.
Gözünü aç, dörd yana bax!
Getdi karvan erkəndən.
Biz gecikip qaldıq,
Artıq hərəkətə keçmək lazımdır

Tanınmış Kumuk şairi Z. Batırmurzayevin bu misraları ilə başlayıram sözlərimə. Gözdən uzaq könüldən iraq qalmış qandaşlarımız haqqında. Nəfəsləri yanımızda özlərisə pərdə arxasında. Qafqaz tarixinin əsas mücadilə simvollarından olan KUMUKLAR(QUMUQLAR)

Kimdir bu türklər?
Kumuk türkləri, bu gün böyük əksəriyyəti (1992-ci ilin hesablamasına təxmininə görə 250.000 nəfər) Rusiya Federasiyasına bağlı Dağıstan Muxtar Respublikasında, qalan qisimi (təxminən 50000 nəfər) Çeçen və Osetiya Muxtar Respublikasında yaşayan, Azərbaycan türklərindən sonra Qafqazdakı ən sıxlıq Türk qövmüdür. kimik222
Kumukların bir qisimi Çar Rusiyasının Şimali Qafqazı istilası illərində və xüsusilə Şeyx Şamilin əsir düşməsindən sonra Osmanlı Dövlətinə sığınmışlar. Bunlar hələ müəyyən olaraq Tokatın Üçgözen və Kuşoturağı, Sivasın Yavu kəndində yaşayırlar.
Kumuk türkləri Şimali Qafqazdakı Kumuk Ovasının və Dağıstanın dağlıq seqmentinin yerli xalqlarındandır. Etnik baxımdan qıpçaq və Oğuz boylarının bu sahədə qaynaşmasından meydana gəldikləri irəli sürülən Kumuk Türklərinin dillərindəki qıpçaq və Oğuz qrupu xüsusiyyətləri bu görüşü dəstəkləməkdədir.

Kumukların ölkəsi VII əsrdən etibarən Xəzər dövlətinin sərhədləri içinə alınmışdır. Bu gün Kumuk elm adamları da Kumukların, Xəzər dövlətinin qurucuları olaraq göstərməkdədirlər. Xəzər dövlətinin son paytaxtı Səməndər, Kumuk ölkəsi sərhədləri içində idi. Kumuklar arasında yayılmış olan “ANCİ-name”, “Dərbənd-name”, “Karabudaxkent-name” adlı tarixi abidələr, Xəzər Dövləti dövründən bəhs edir. Hətta, Xəzərlər arasında yaşamış olan Əbu Hamid əl-Garnatinin təsbit etdiyi və Xəzər sözü dediyi bütün sözlər bu gün Kumuk Türklerincə istifadə edilməkdədir.
Zeki Velidi Toganın verdiyi məlumatlara görə Kumuklar Oğuz dastanının Müneccimbaşı tərəfindən istifadə olunan bir rəvayətində, Oğuz Xan zamanında Dərbənddə mühafizəsi məmur edilən qıpçaqların bir boyu kimi zikr edilmişdir. Togana görə, Azərbaycan ilə Dərbənd Ərəblərin idarəsində ikən də Kumukların burada olduqları “Tarix al-Bab va’l-Abvab”dan aydın olmaqdadır.kimikkk

Tarixi vəziyyətləri və mənşəleri haqqında bir çox fərziyələr irəli sürülən və hətta əksərən Sovet Antropoloqlar tərəfindən olmaq üzrə bəzi Qafqaz qövmlərinin Türkləşməsi nəticəsində meydana gəldikləri belə deyilən Kumukların dil, ədəbiyyat, din, yaşayış tərzi, adət və ənənələr və digər mədəniyyət ünsürləri baxımından ələ alındılarında və yuxarıda təsvir tarixi məlumatların işığında baxıldığında, gerçək bir türk tayfası olduğu açıqca ortaya çıxmaqdadır.

Xəzər dövlətinin yıxılmasından sonra Kumuk türklərinin qurduqları ilk müstəqil təşkilat, 1578-ci ildə Sultan Butun qurduğu və hamısıyla milli bir Kumuk bəyliyi mahiyyətinə olan bir hakimiyyətdir. Bu bəyliyin Dağıstanın ən şimalında yaranması səbəbiylə Kazan ilə Həştərxan xanlıqlarının süqutundan sonra daha cənuba yürüş imkanı tapan ruslarla Kumuklar qarşı-qarşıya gəlmiş oldu. Kumuk türkləri 1594-ci ildən etibarən başlayan Rus hücumlarına və işğal hərəkətlərinə qarşı digər müsəlman Qafqaz qövmlərilə birlikdə XIX əsrin ikinci yarısına qədər qəhrəmancasına müqavimət etdilər. Ancaq Ruslara qarşı davam etdirilən mübarizənin son bayraqdarı Şeyx Şamilin 1859-cu ildə əsir edilməsiylə Dağıstan və digər Qafqaz bölgələri sürətlə Rusların əlinə keçməyə başladı. Onsuz da əsrlər sürən müharibələr Kumukların və digər Qafqaz qövmlərini yorğun salmışdı. Beləcə, Ruslar 1867-ci ilə qədər bütün Qafqazı zəbt etdilər.

Rus çarlığının 1917-ci ildə yıxılması zamanı Rusiyada meydana gələn daxili qarışıqlıqdan azadlıq və istiqlal üçün qiyam qaldıran Şimali Qafqaz Türk və Müsəlman ictimaiyyəti içində Kumuklar yenə ön sıralarda iştirak etdilər. Osmanlı dövlətinin də dəstəyi ilə Dağıstan 11 May 1918-ci ildə Dağıstan və Şimali Qafqaz Respublikası adı altında müstəqilliyini elan etdi. Şimali Qafqaz qəbilələrinin bu sırada təşkil edilən milli qurultaylarında Kumuk Türkcəsinin, yalnız Dağıstan üçün deyil, bütün Şimali Qafqaz üçün birləşdirici, müştərək bir dil olaraq qəbul edildiyini də bu arada vurğulamaq istəyirəm. Dağıstan və Şimali Qafqaz Respublikası hələ formalaşmamış Mundros müqaviləsinin imzalanması nəticəsində Osmanlı Ordusu Qafqazı tək edincə, Dağıstan qızıl qüvələrin (sovetlər) zəbtinə uğradı. 20 Yanvar 1921-ci ildə Rusiya SSR-yə tabe olan Dağıstan Muxtar Sovet Sosialist Respublikası quruldu. 1936-cı il Sovet Konstitusiyası Qafqazın etnik müxtəlifliyini əks etdirməyən bir siyasi və inzibati bölümlənmeni təyin etdi. Bu bölümləmə nəticəsində Kumuk türklərinin böyük bir qismi Dağıstan Muxtar Sovet Sosialist Respublikasında, bir qisimi də Çeçen və Osetiya bölgələrində qalmış oldu. Sovetlər Birliyinin dağılmasından sonra Dağıstan, Rusiya Federasiyasına bağlı bir muxtar respublika halına gəldi.kumik 1222

Kumuk türklərinin xalq hərəkatı: Tenglik.
Kumuk türkləri 1989-ci ildə siyasi mahiyyətdə, milli bir təşkilat olan Tenglik hərəkətini qurdular. Təşkilatın məqsədləri; Kumukların mədəni, siyasi, iqtisadi və təməl insani hüquqlarını müdafiə etmək, bu və bənzəri sahələrdəki məsələlərinin həll edilməsi üçün təşəbbüslərdə etmək olaraq yekunlaşdırıla bilər. Tenglik hərəkətinin 1990-ci ildə çıxan 1 nömrəli bülleteninin 1. səhifəsində yer alan və Kumuk şairi Z. Batırmurzayev’e aid olan bu dördlüklər, Kumuk türklərini milli oyanışda gec qalmamaları barəsində xəbərdarlıq mahiyyətdə olması baxımından Tenglik hərəkətinin anafikrini də dilə gətirir:

Doğdu Çolpan, sabah bilindi,
Oyanma zamanı gəldi.
İşıq aldı dünya üzünü
Yatdığımız yeter.
Gözünü aç, dörd yana bax!
Getdi karvan erkəndən.
Biz gecikip qaldıq,
Artıq hərəkətə keçmək lazımdır.

 

 

Məzahim Mustafazadə

Bölmə : Araşdırma, Manşet, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10