Cənnət Səlimova teatr səhnəsində yenilik edəcək

49 Baxış

cennetAzərbaycan Dövlət Musiqili Teatrı daha bir premyeraya hazırlaşır.

Senet.az xəbər verir ki, Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” komediyası əsasında hazırlanmış tamaşanın  məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Rejissor səhnədə yeniliyə imza atacaq. Belə ki,  “Baladadaşın toy hamamı”nda teatrla kinonun sintezi bir araya gətirələcək.

Qeyd edək ki, tamaşanın bəstəkarı Firudin Allahverdi, dirijoru Fəxrəddin Atayev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Tamaşada əsas rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları ifa edəcəklər.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10