Cənubi Azərbaycan: ədəbi  şəxsiyyətlər, portretlər

118 Baxış

s200_subhan.talibli

Tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı

Cənubi Azərbaycan: ədəbi  şəxsiyyətlər, portretlər (I hissə) AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədlinin növbəti kitabı işıq üzü görüb. Sabah nəşriyyatı tərəfindən  çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədov, rəyçiləri isə filologiya elmləri doktoru İslam Qəribli və Fikrət Süleymanoğludur. Kitabda XX əsr Cənubi Azərbaycanda ədəbi-bədii prosesin önündə gedən və yaratdıqları əsərlərlə bu prosesin inkişafına təsir edib zənginləşdirən Mirzağa Təbrizi, Mirzə Həsən Rüşdiyyə, Tağı Rüfət, Həbib Sahir, Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, Həmid Nitqi, Məmmədəli Fərzanə, Cavad Heyət, Məmmədtağı Zehtabi, Haşım Tərlan, Krim Məşrutəçi -Sönməz, Bulud Qaraçorlu – Səhənd, Həbib Sahir, Əli Təbrizli, Qulamhüseyn Saidi, Rza Bərahəni, Qulamrza Səbri və Əli Kəmali eyni zamanda yaradıcılıqlarında cənub mövzusuna geniş yer ayıran Rəsul Rza və Mirzə İbrahimov kimi tanınmış 20 ədəbi simanın portret oçerkləri verilib. Kitaba  “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” (XX əsrin I yarısı) ünvanını da vermək olardı. Əsərdə  bəzi ədiblərin həyat və yaradıcılığı müəllif  tərəfindən ilk dəfə ətraflı tədqiq olunub.

Kitabda Arazın o tayında yaşayan, indiyədək çoxunun tanımadığı və ya az tanıdığı bu şəxsiyyətlər Azərbaycan ədəbiyyatına xidmət edib dəyərli ədəbi əsərlər  ortaya çıxarmışlar. Özlərindən sonra ədəbiyyatda  izi qoyan bu dəyərli şəxsiyyətlər kim idi sualına qısaca tanıtım versək belə bir mənzərə yaranır:

Kitabda İran maarifinin atası  sayılan,İranda ilk üsuli-cədid məktəbinin  və ana dilində ilk dərsliyin yaradıcısı  Mirzə Həsən Rüşdiyyə, Mirzə Fətəli Axundzadənin İranda layiqli davamçısı olub, onun  komediyalarının təsiri altında Cənubi Azərbaycanda ilk səhnə əsərləri meydana gətirən Mirzağa Təbrizi, İranda yeni şeirin öncülü – olub, farsca “şere -nou” nun yaradıcısı təbrizli Tağı Rüfətin, əsərləri ilə Cənubi Azərbaycanın XX əsrdə apardığı mübarizənin, çəkdiyi iztirabların, faciələrin bədii salnaməsini yaradan Həbib Sahir, klassik ədəbiyyatımızın kamil bilicisi – olub Nizami, Qətran Təbrizi, Əvhədi, Nəvai əsərlərini dilimizə çevirmiş, Məhəmmədhüseyn Şəhriyar poeziyasının ilk tədqiqatçısı və təbliğatçılarından olmuş Qulamhüseyn Beqdeli, İranda ictimaiyyətlə əlaqələr elminin banisi türkoloq, şair Həmid Nitqi, Cənubi Azərbaycanda Azərbaycan dilinin qrammatikasına və Azərbaycan ədəbiyyatı mənbələrinə dair kitabların müəllifi olan, folklor nümunələrini ardıcıl toplayıb nəşr edən Məhəmmədəli Fərzanə, türkologiya, tarix, dilçilik, ədəbiyyat və folklora aid dəyərli əsərlərin müəllifi kimi tanınmış Məhəmmədtağı Zehtabi, Bakını özünə ana, Təbrizi ata sayan, Təbrizdə “Şairlər məclisi”nin qurucularından və son təmsilşilərindən biri olan Haşım Tərlan,  Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, ”Molla Nəsrəddin”, Mirzağa Təbrizi ilə bağlı yeni ədəbi tapıntılarıyla, Nizami, Füzuli, Bahar Şirvani, Zeynalabdin Marağalı, Seyid Cəfər Pişəvər kimi görkəmli klassik və yazıçıların etdiyi tərcümələri ilə, yazdığı nəsr əsərləri ilə Azərbaycan ədəbiyyatının daha da zənginləşməsinə xidmət etmiş Həmid Məmmədzadə, uzun illər İranda Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin  yaşadılmasına xidmət edən «Varlıq» kimi jurnalın yaradıcısı, dünya şöhrətli cərrah, türk dünyasında böyük nüfuz qazanmış tanınmış türkoloq, cərrah  Cavad Heyət, bu gün türkoloqların ən aktual mövzusuna çevrildiyi 12 türk soyuna hələ 50 il öncə yazdığı əsərində abidə ucaldan Bulud Qaraçorlu Səhənd, əsərləri bütövlükdə хalqın milli-mənəvi azadlığı uğrunda mücadiləyə һəsr olunan Kərim Məşrutəçi Sönməz,  görkəmli fikir və əməl adamı Cənubi Azərbaycanda milli dirəniş hərəkatının simvollardan biri olmuş Əli Təbrizli, İranda Avropa tipli ədəbi tənqidin banisi və buna görə “İran ədəbi tənqidinin atası” kimi tanınan Rza Bərahəni, Təbrizdə doğulan, ömrünün son illərini Parisdə yaşayıb yaradan, Qabriel Qarsiya Markesdən əvvəl, mistik realizm üslubunda yazan istedadlı azərbaycanlı nasir Qulamhüseyn Saidi, cənubi azərbaycanlıların, el aşıq və şairlərinin, eləcə də Cənubi Azərbaycan dialektlərinin xəritəsinin yaradılması kimi böyük bir işin başlanğıcını qoyan folklorçu  Əli Kəmali, eləcə də çəkdiyi tarixi “Arazın o tayında” filmiylə yanaşı, Təbrizdə nəfis jurnal  çıxaran Rəsul Rza, Mirzə Cəlildən sonra Arazı keçən, 1940-cı illərdə o taya ana dili aparan, Təbrizdə qəzet nəşr eləyən ikinci ədib olan Mirzə İbrahimov kimi ədiblərin fərdi portreti verilib.

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10