Çəyirdəkdən yaranan möhtəşəm sənət – Xaydao

29 Baxış

Tərcümə edən: Səma Fuadqızı

 

Biz adətən ərik , şaftalı, manqo, avokado və digər iritumlu meyvələrin çəyirdəkləri  yeməli olmadığından qida qəbulu zamanı onları  çıxarıb atırıq. Lakin Çində Sun sülaləsi (960-1279) dövründə yaşasaydıq onlar bizi israfçı adlandırardılar.  Çünki , bu “tullantı” möhtəşəm incəsənət əsərinə çevrilə bilər.

Xaydaonun tarixi

Çində əski vaxtlardan müasir zamana qədər gəlib çatan “Xaydao” adlı ənənəvi incəsənət növü mövcuddur. O,  Çində Sun sülaləsi dövründə (960-1279) yaranıb. Xaydao meyvə çəyirdəyindən hazırlanan heykəlciklər, bəzək əşyalardır.

“Xaydao”  çiçəklənmə dövrünü Min sülaləsi dövründə (1368-1644) yaşayıb. Bu dövrdə bəzək əşyaları yuxarı təbəqə arasında geniş yayılmışdı.  İstənilən yüksək rütbəli  şəxs bəzək və zinət əşyalarına malik idi. Çində şaftalı uzunömürlülüyün, qurtuluş, sağlamlıq və zənginliyinrəmzi olduğundan əsasən onun çəyirdəyindən heykəlciklər, bəzək əşyaları hazırlanırdı.

Hazırlanması

İşə başlamazdan əvvəl usta rəsmi ən kiçik detallarınadək çəyirdək üzərində sxemini çəkir, daha sonra oymağa başlayır. Hər bir incəsənət növündə olduğu kimi , oyma sənətində də  təcrübə böyük rol oynayır, amma əsas heykəltaraş və ya rəssamın istedadıdır. Xaydhaydao_2-400x299aonun hazırlanması ustadından zərgər dəqiqliyi və professionallıq tələb edir, çünki çəyirdəyin ölçüsü balaca olduğundan onun üzərində hazırlanan heykəlciyin də detalları kiçik və zərif alınır.

Şaftalının çəyirdəyi iki əsas hissədən ibarətdir:  sərt ağacvari xarici hissə və daxili-sianid toxum olan hissə. Oyulan  hissə olan qabıq adətən assimetrik formada olur.Onun oyulması üçün müxtəlif alətlərdən : bütün növ bıçaqlar, iskənə və ərsindən istifadə olunur. Müasir zamanda bir çox oymaçılar miniatür detalların  hazırlanmasında  elektrik alətlərdən də  istifadə edirlər.

 

Xaydao haqqında maraqlı faktlar

  • Əksər çinli uşaqlar şaftalı çəyirdəyindən hazırlanmış kulonları taxmaqla,  inanırlar ki, bu,  onları cin və şeytandan qoruyacaq.
  • Xaydao stilində düzəldilmiş bəzək əşyasına hətta “Ağ ev”də də rast gəlmək olar.  XIX əsrin 60-cı illərində Amerikada vətəndaş müharibəsi zamanı, bir müharibə məhbusu tərəfindən hazırlanan şaftalı çəyirdəyində , ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun siması əks olunub.

Artıq xaydao incəsənəti  dünyanın dörd bir tərəfinə yayılıb. Demək olar ki, bütün ölkələrin oyma sənətində   bu qədim incəsənət növünün üsullarından yararlanırlar. Ustalar şatalı çəyirdəyi ilə yanaşı, ərik,  qoz, manqo, avokado və digər meyvələrin çəyirdəklərindən də  istifadə edirlər.

Müasir zamanda meyvələr nəinki öz fəsillərində yetişir , hətta  onları ilin on iki  ayında da tapmaq və almaq mümkündür. Buna görə də arzu edən hər kəs oyma sənətini öyrənə bilər, bunun üçün sadəcə qətiyyət, səbr, əməksevərlik, fantaziya və təbii ki istedadlazımdır.

 

 

 

Hajdao_24Hajdao_17Hajdao_16Hajdao_14Hajdao_11Hajdao_7Hajdao_1130721014543 (2)

KÖŞƏ YAZARLARI
TOP 10