Yenicə çapdan çıxmış “Cadugər” kitabı Azərbaycan Yazıçılar Birliyinin “AYB Kitab” layihəsinin növbəti nəşridir. Kitabın müəllifi Günel Eyvazlıdır. Bu, müəllifin sayca ikinci kitabıdır.
İlk – “Yuxumu xeyirə yozun” adlı şeirlər kitabı Qanun Nəşriyyatının “1İnci Kitab” layihəsi çərçivəsində nəşr olunmuşdu. Kitabın redaktoru İlqar Fəhmi idi.
“Cadugər” kitabında müəllifin yeni hekayə, şeir və esseləri toplanıb. Layihə rəhbəri Xəyal Rzadır. Kitabın redaktoru Mübariz Örəndir.
Təqimat mərasimi 13 May 2016-cı il 14-00 da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan Klubu”nda keçiriləcək. Ədəbiyyatsevərlər dəvətlidir.
“Müharibənin 44 günü” – Cəvahir Əsədova
04 Yanvar 2021 193 BaxışSenet.az oxucularına Cəvahir Əsədovanın "Müharibənin 44 günü" yazısını təqdim
Davamına bax