Çağdaş ədəbiyyatımızda tarixi roman janrı tənəzzül dövrünü yaşayır

203 Baxış

mezahimustafa

Məzahim Mustafazadə

Düşüncələrimi məşhur fransız deyimi ilə başlayıram : “Biz tariximizi tarixçilərdən deyil, ədəbiyyatçılardan öyrənmişik”.

Bəli bu yanaşma həqiqətəndə çox qaranlıq məqamların üstünü açmaqdadır. Dövrümüzün reallığını və oxucu tələbatının özəlliyini nəzərə alsaq görərik ki, tarixi araşdırmalar və bu araşdırma əsərlərinin maraq dairəsi ümümi oxucu kütləsinin cəmi 10-15 faizini əhatə edir. Nəzərə alsaq ki, oxucuların əksəri vahid süjet xəttə malik və sonluğunun pozitiv, ya da bədbin sonluqla bitməsindən asılı olmayaraq əsərləri daha tez qəbul edir. Çünki bu əsərlər geniş kütlə üçün nəzərdə tutulub və bu əsərlərin anlama qabiliyyəti demək olar ki, yaş senzurasını özündə əks etdirmir.

Bəs geniş oxucu kütləsini özünə cəlb edən tarixi romanların bu günü hansı vəziyyətdədir? Tarixi roman – Məzmunlarını tarixi hadisələrdən və bu tarixi şəxsiyyətlərdən götürüb, real və ya macəralarla əhatə edilmiş roman növüdür. Bu romanın vasitəsi ilə dövrün tarixi önəm daşıyan istənilən hadisəsini və ya şəxsiyyətini geniş oxucunun tanıtımına vermək olar. Yəni qısası bu janr əslində tariximizi tanıtım və  təbliğ yolunda böyük bir silah rolunu  oynayır.

Dövrün ictimai-siyasi prosesləri ilə əlaqədar bu gün tarixi romanlara ehtiyac duyulur. Vaxtilə Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi və Fərman Kərimzadə kimi müəllifləri olan bu janr demək olar ki,  hazırda  tükənmək üzrədir. Çağdaş ədəbiyyatda yazıçılar tarixi romanlara az-az müraciət edirlər. Bəzi yazarlar (Yunus Oğuz, Əlisa Nicat və s.) buna cəh edib nələrisə yazmaqdadır. Amma bir-iki nəfərlə bu proses özünü tam olaraq doğrultmayacaq.

Tarixi romanlar Milli kimliyimizi, tarixmizi sevdirmək , təbliğ etmək və həmçinin tariximizin görkəmli nümayəndələrinin olduğu kimi ictimaiyyətə çatdırmaq üçün çox önəmli və vacib bir istiqamə sahibdir. Valter Skot, Alexandre Duma, Qoqol, G. Flaubert, Kamal Tahir, Tarık Buğra, Nihal Atsız, L. Tolstoy, Z. Stendhal kimi klassik tarixi roman müəlliflərinin geniş mütaliəsi və onlardan bəhrənlənmək yeni tarixi roman yazarlarının daha da artmasına gətirib çıxara bilər. Necə deyəllər “Milli kimliyimizi tanımağın yolu tarixi romanlardan keçir”

 

 

KÖŞƏ YAZARLARI
TOP 10