Çağdaş Azərbaycan postmodern romanı

84 Baxış

33477_cnub51qsg3Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu elmi şurasının qərarı ilə Salidə Şərifovanın “Çağdaş Azərbaycan postmodern romanı” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan buraxılıb. Nəşrin rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadıqovdur.
Monoqrafiyada kifayət qədər tədqiq olunmamış Azərbaycan postmodernizminin mahiyyəti, postmodern romanının fabulası, süjeti və süjet xətləri, obrazları nəzərdən keçirilib. Azərbaycan nəsrində postmodern romanların XX əsrin sonlarında meydana gəldiyi diqqətə çatdırılır. Kitabda Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, Sabir Rüstəmxanlının “Göy Tanrı”, Anarın “Ağ qoç, qara qoç”, Həmid Herisçinin “Nekroloq”, İlqar Fəhminin “Qarğa yuvası”, “Akvarium” və digər əsərlər təhlil edilib.

KÖŞƏ YAZARLARI
TOP 10