“Çağdaş Ukrayna şeiri” kitabı işıq üzü görüb

5 Baxış

14927603671142628740_1000x669

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Çağdaş Ukrayna şeiri” (“Kişi, qadın və çətir”) kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, kitabda XX və XXI əsr Ukrayna ədəbiyyatının müxtəlif nəsillərini təmsil edən otuz şairin poeziyasından seçmə nümunələr toplanıb.

Müasir Ukrayna poeziyasının ümumi mənzərəsini təqdim edən şeirlər toplusu dərin poetik yaşantılar – zamanın axarı, sözün sehri və bədii mətnin enerjisi ilə sanki bir bütövlük, vəhdət təşkil edir.

Şeirləri dilimizə tanınmış şairlər Salam Sarvan, Mahir Qarayev və Zahid Sarıtopraq çevirib. Kitabın redaktoru Yaşar Əliyev, “Ön söz”ün müəllifi isə Salam Sarvandır.

KÖŞƏ YAZARLARI
TOP 10