“Çağırış” filminin 30 faizi kosmosda çəkilib

6 Baxış

hg

 

“Çağırış” filminin təxminən üçdəbiri Beynəlxalq Kosmik Stansiyanın “Nauka” modulunda çəkilib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu sözləri “Roskosmos” dövlət korporasiyasının kosmonavtı Anton Şkaplerov deyib.

Bildirib ki, çəkilişlərin 30 faizi müxtəlif təyinatlı “Nauka” modulunda aparılıb. Bundan başqa çəkilişlərin müəyyən hissələri “Zvezda” xidməti modulun və stansiyanın digər modullarının payına düşür.

“Çağırış” filmi “Roskosmos”, Rusiyanın Birinci kanalı və “Yellow, Black and White” studiyasının birgə layihəsidir. Film kosmonavtın həyatını xilas etmək üçün orbitaya uçan həkim qızdan bəhs edir.

Qeyd edək ki, filmin çəkilişlərini aparmaq üçün oktyabrın 5-də “Soyuz MS-19” gəmisində rejissor Klim Şipenko, aktrisa Yuliya Peresild və qrupun rəhbəri – təcrübəli kosmonavt Anton Şkaplerov Beynəlxalq Kosmik Stansiyaya yollanmışdı.

Bölmə : Kino, Modern, Sənət