“Cahana sığmayan Azərbaycan şairi” kitabı üç dildə

22 Baxış

157909103778601551_1000x669

AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi” kitabı çap olunub.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Senet.az-a bildirilib ki, kitabda İsa Həbibbəylinin görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına, əsərlərinin tədqiqi və nəşrinə dair tədqiqatları ümumiləşdirilib. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Cahana sığmayan Azərbaycan şairi” tədqiqat əsəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.

Kitabın elmi redaktoru, filologiya üzrə elmlər doktoru Fəridə Əzizova, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

Nəşrdə “Nəsimi ili”ndə AMEA-da çap olunmuş kitabların siyahısı və “Nəsimi ili” şeiri yer alıb. Bundan əlavə, oxucular kitabın “Şəkil də bir tarixdir” bölümündə il ərzində Nəsimi ilə bağlı təşkil edilmiş tədbirlərdən fotolarla tanış ola bilərlər.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10