“Cakondanın sirri və ya Da Vinçi kodu” adlı əsər çap olundu

2 Baxış

101825_wrglfgntib

Tanınmış oftalmoloq alim, professor Paşa Qəlbinurun “Cakondanın sirri və ya Da Vinçi kodu” (“Gioconda’s Secret or the Code of Da Vinci”) adlı monoqrafik essesi Böyük Britaniyada, RB Rossendale Books nəşriyyatında (London, 2017) ingilis dilində nəşr olunub.

Naşirin qeyd etdiyi kimi, müəllifin 30 ildən artıq bir müddətdə apardığı elmi araşdırmaların məhsulu olan bu tədqiqat əsəri tibbin, fəlsəfənin, incəsənətin kəsişdiyi nöqtədə aparılan tədqiqatların sayəsində alınan obyektiv nəticələrin məhsulu kimi qiymətlidir. Əsər professor Qılıncxan Bayramovun tərcüməsi, tanınmış ingilis publisisti və naşiri Vincent Walsh’ın redaktəsi ilə nəşr edilib.

P.Qəlbinurun dünya oxucularına təqdim olunan bu tədqiqat əsəri Azərbaycanda 2014-ci ildə  nəşr olunmuşdu. Bu tədqiqat əsəri ədəbi tənqidin diqqətini çəkmiş, tənqidimizin görkəmli nümayəndələri bu esse haqqında müsbət rəylər bildirmişdilər.

Professor Nizaməddin Şəmsizadə “Cakondanın sirri Azərbaycanda açıldı” məqaləsində yazırdı: “Səni bir oftalmoloq-cərrah kimi bütün dünya tanıyır, filosof şair, yazıçı və esseist kimi Azərbaycanda yüksək qiymətləndirirlər. 500 il bütün bəşəriyyəti öz qeyri-adi təbəssümünün sirri ilə heyrətdə saxlamış Cakonda haqqında esseni (buna esse demək insafsızlıqdır! Bu, XXI əsrin ən böyük elmi kəşflərindən biri kimi tarixdə qalacaq) oxuyanda bir daha sənin təfəkkürünün qüdrətinə inandım. Bu yazıda vəhy və fəhm müasir elmin nailiyyətləri ilə cilalanmış təfəkkürlə birləşir. Cakonda haqqında qeyri-adi mülahizələrin bunu sübut edir.

… “Portret tədrici ölümün ən ali məqamını və Nurdan başlayan yeni həyatın başlanğıcını əks etdirir”. Həqiqətən də Cakondanın təbəssümü onun gülən gözündən dodağına düşən nurun əksi, işartısıdır. Və bu da inandırıcıdır ki, dahi rəssam Cakondanın sifətində özünü hüceyrənin qocalmağa  başlamasını, sənin sözlərinlə desək,  “özünü, ancaq özünün əhvalını, həyat, qocalıq, insanlıq haqqında gəldiyi qənaətləri çəkmişdi. O, “Apoptozu” (hüceyrə ölümünü) qocalığa, ölümə gedən mütləq yolun başlanğıcını, müvəqqəti dünyadan əbədi dünyaya keçidi və ölümsüz ruhun şəklini çəkə bildi. Düz deyirsən, Ruhu qəlbin dərinliklərindən çağırıb, onun şəklini çəkmək səlahiyyətini Tanrı dünyada bir nəfərə verdi”. Bu, Leonardo Da Vinçi idi”.

Xüsusi poliqrafik zövqlə tərtib olunmuş kitabda müəllifin dünya elminə bu günə qədər məlum olmayan, tibb elminin ən son nailiyyətlərinə istinadən 500 illik mübahisələrə son qoyan altı yeni elmi nəticəsi də işıq üzü görüb.

Kitabı sifariş yolu ilə www.lulu.com, və başqa saytlardan əldə etmək olar.

KÖŞƏ YAZARLARI
TOP 10