“Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyində

18 Baxış

30741623_1578897825491669_4546860148588544000_n

Hədəf STEM Liseyində “Cambridge Assesment English” və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin nümayəndələri ilə görüş keçirilib. AMİM-nin təşəbbüsü ilə baş tutan görüşdə “Cambridge Assessment English” təşkilatının Ukrayna, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Darina Sizuk, AMİM direktoru Qrem Pollok, Hədəf Liseyinin direktoru Şəmil Sadiq, liseyin elmi məsləhətçisi Yalçın İslamzadə və liseyin ingilis dili müəllimləri iştirak etdilər.

Xanım Sizuk “Cambridge Assessment English” haqqında məlumat verib beynəlxalq miqyasda qəbul edilən Cambridge ESOL, CELTA və TKT proqramları haqqında təqdimat etdi. Hədəf Liseyinin müəllimləri qonaqları Hədəf Liseyində ingilis dilinin innovativ üsullarla tədrisi haqqında məlumatlandırıb, onları liseyin ingilis dili sinifi olan “London Bus” sinifi ilə tanış etdilər: dram dərnəyi və kitab müzakirələri vasitəsiylə şagirdlərin ingilis dilinin incəliklərini mənimsəyəcəklərini bildirdilər. Liseyin elm və mühəndislik təmayüllü olduğunu, STEM mərkəzli təhsil verdiyini vurğulayıb, texniki ingiliscənin tədrisinə də xüsusi əhəmiyyət verdiklərini qeyd etdilər.

Müzakirələr nəticəsində tərəflər arasında əməkdaşlığın qurulması və Cambridge-in dərslik, kurikulum və metodika sahəsindəki təcrübəsinin Hədəf Liseyində ingilis dilinin tədrisinə inteqrasiya olunması üçün memorandum imzalanması qərara alındı.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10